Məhkəmə qərarları › İş №3(051)-484/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-484/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-484/2024 29.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-46/2023 saylı icra sənədinə əsasən Şəxs hal-hazırda 26809.77 manat və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-996/2022 saylı icra sənədinə əsasən Şəxs hal-hazırda 7800 manat məbləğində aliment borcu yaranmışdır. Borclu tələbi könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-46/2023 saylı icra sənədinə əsasən 26809.77 manat və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-996/2022 saylı icra sənədinə əsasən 7800 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, borcun olması barədə xəbəri vardır və o, ödəməkdən imtina etmir. Lakin o, borclunun istədiyi aliment məbləği tamamilə ödəmişdir. Belə ki, onun bacısı hər ay icra sənədində qeyd olunan aliment məbləğini tələbkarın anasının kart hesabına ödəmişdir, belə ki, uşaqlara tələbkarın anası baxır. O, hazırda Rusiya Federasiyasında işləyir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-46/2023 saylı icra sənədinə əsasən 26809.77 manat borc məbləğinin ödəməməsi səbəbi isə tələbkarın evin qiyməti ilə razı olmaması və sonuncunun qətnamədən apelyasiya şikayəti verəcəyi ilə bağlıolmuşdur. Tələbkarın tələb etdiyi məbləğin tam şəkildə ödənməsi üçün ona 3 ay vaxt verilməsi i xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-46/2023 saylı icra vərəqəsi üzrə ümumilikdə 26809.77 manat pul borcu və Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-996/2022 saylı icra vərəqəsi üzrə ümumilikdə 7800 manat aliment borcu yaranmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-46/2023 saylı icra sənədindən görünür ki, Şəxs birgə nikah müddətində ümumi qazancları hesabına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsində 1950-ci məhəllədə, "xxxx" MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin əldə edilməsi üçün ödənilmiş 35.000 (otuz beş min) manat, təmirinə sərf edilmiş 18.181 (on səkkiz min bir yüz səksən bir) manat, cəmi 53.181 (əlli üç min bir yüz səksən bir) manat məbləğində vəsait ½ hissəyə bölünsün və cavabdeh Şəxs 26590 (iyirmi altı min beş yüz doxsan) manat 50 (əlli) qəpik məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilsinməsi, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Cavabdeh Şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169.77 (bir yüz altmış doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-996/2022 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxsmın xeyrinə ödənilin. İşdə olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-46/2023 saylı və Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-996/2022 saylı cra sənədlərində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə vəsait bank vasitəsilə X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş pul öhdəliyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-46/2023 saylı və Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-996/2022 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclası zamanı Şəxs yaranmış aliment borcu ilə bağlı qeyd etdiyi alimentin tələbkarın anasının bank hesabına ödənməsinə dair dəlili isə öz təsdiqini tapmamışdır. Belə ki, bununla bağlı tələbkarın etirafı və ya ərizəsi nə icra işinin materiallarında öz əksini tapmış, nə də məhkəməyə təqdim edilmişdir. Beləliklə, o, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar olmadığından, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar