Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-485/2021 02.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Musayeva Günel Şövkət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* №li protokoldan görünür ki, X3 23.04.2021-ci il tarixdə ünvan 1ndə Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinə daşla zərər vurduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1ndə 23.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin pəncələrini daşla vurub sındırnışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, Mingəçevir şəhəri X4 küçəsi ünvanda yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tanıyır. 23.04.2021-ci il tarixdə təxminən axşam saatlarında Şəxs onun yaşadığı evə gəlmiş, aralarında söz-söhbət olmuşdur. Sonra Şəxs yerdən daşları götürüb onun yaşadığı evin pəncələrinə atmışdır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda vurulmuş ziyanın bir mislindən iki mislinədək -məsuliyyət nəzərdə tutulur. İşə əlavə edilmiş “xxxx” MMC-nin 27.04.2011-ci il tarixli 76 №li rəyindən görünür ki, vurulmuş zərərin məbləği cəmi 15 manat dəyərindədir. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. X1 əməlindən peşiman olması, Vətən müharibəsi iştirakçısı olması, ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. X1 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə tətbiq edilməsi İXM-nin 22-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutub, Qərara aldım: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın bir mislində, 15 (on beş) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-485/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-485/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver