Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-485/2022 08.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Həsənova Türkanə Çingiz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN №1364827 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə arvadı X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs Zəhra Hacıyeva onun arvadıdır. Şəxsa boşanma tələbi ilə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Zəhra övladları ilə ayrı ünvanda kirayədə qalır. O, övladlarını görmək istəyəndə aralarında problemlər yaranır. 19 iyul 2022-ci il tarixdə saat 20 radələrində Şəxsa işdən gələn zaman yaşadığı binanın blokunda Şəxslə rastlaşdı və aralarında mübahisə yarandı. Mübahisə zamanı sillə ilə Zəhranın sol sifətinə və başına vurdu. Səs-küyə övladları Zümrüd Hacıyeva bloka çıxdı və onları araladı. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun əridir. O, boşanma tələbi ilə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şəxs onu tez-tez təhqir edir və döyür. Bu səbəbdən də o, övladları ilə ayrı ünvanda kirayədə qalır. 19 iyul 2022-ci il tarixdə saat 20 radələrində işdən gələn zaman yaşadığı binanın blokunda Şəxslə rastlaşdı və aralarında mübahisə yarandı. Zöhrab sillə ilə onun sifətinə, başına zərbə vurdu və qışqırmaması üçün digər əli ilə onun ağzını tutdu. Səs-küyə övladları Zümrüd Hacıyeva bloka çıxdı və onları araladı. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək əri Zöhrab tərəfindən döyülməsi barədə məlumat vermişdir. Şəxs cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 494 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- alt çənədə və sol qulaq seyvanında qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs məsuliyyətini ağırlaşdıran halın olmamasını, əməlindən peşiman olmasını nəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə göstərilən inzibati təhbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-485/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-485/2022
08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver