Məhkəmə qərarları › İş №3(051)-485/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-485/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-485/2024 12.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, həmin protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Şəxs qərəzli olaraq telefonu söndürmüşdür. Hazırda ona edilən telefon zənglərinə cavab vermir. Belə ki, Şəxs barəsində icra sənədini icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Həmin gün keçirilən iclas zamanı Şəxs aliment borcunu ödəmək üçün məhkəmədən vaxt istəmişdir. Məhkəmədə bu səbəbdən iclası xx.xx.2024-cü il tarixə salmışdır. İşə baxılarkən 05 avqust 2024-cü ilə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Ona görə də məhkəmə onun barəsində məcburi gətirilməsi haqqında qərardad qəbul etmişdir. Buna baxmayaraq Şəxs xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İcra məmurunun izahatından da görünür ki, Şəxs telefonunu söndürmüş və hazırda telefon zənglərinə cavab vermir. Məhkəmənin qənaətincə Şəxs barəsində axtarış elan edilməlidir. Şəxs barəsində axtarış elan edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün protokol və ona əlavə edilmiş sənədlər icra və probasiya şöbəsinə müvafiq axtarış tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti üzrə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Republikasının İcra Haqqında Qanunun 27.1-ci maddəsinə əsasən İcra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Yuxarıda sadalanan xüsusatlarla bağlı təqdim olunmuş protokol düzgün tərtib olunmadığına görə həmin materiallar onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material və əlavə olunmuş sənədlər, Şəxs barəsində axtarış elan edilməsi üçün onu tərtib etmiş vəzifəli şəxsə qaytarılsın. Hakim: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar