Məhkəmə qərarları › İş №3(051)-486/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-486/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-486/2021 07.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs oğlunun İcra sənədi üzrə tələbkar: “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Mirbəşir rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında Şəxs, X6, X4 və X5 tutulmalı olan cəmi 11.073, 81 ABŞ dolları, ödəniş gününə AZN məzənnəsi üzrə tələbkar “xxxx” MMC-nin hesabına ödənilməli olan kredit borcunu nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da kredit borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Şəxs, X6 və X7 müştərək qaydada 3762.46 ABŞ dolları məbləğdə əsas borc , 7261.35 ABŞ dolları məbləğdə hesablanmış faiz borcu, 50 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 11073.81 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə hesablanıb «xxxx» Bank Olmayan Kredit Təşkilatı QSC-yə verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu kredit məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan kredit borcu 11073.81 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli icra sənədi ilə cavabdehlər Şəxs, X10 və X7 müştərək qaydada 3762.46 ABŞ dolları məbləğdə əsas borc, 7261.35 ABŞ dolları məbləğdə hesablanmış faiz borcu, 50 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 11073.81 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» Bank Olmayan Kredit Təşkilatı QSC-nə verilməsi qət edilmişdir. O, qətnamədə göstərilən faiz və dəbbə pulu ilə razılaşmamış, lakin hüquqi savadı olmadığına görə qətnamədən apelyasiya şikayəti vermək müddətini ötürmüşdür. Bununla belə onun zaminləri hazırda qətnamədən apelyasiya şikayəti vermiş və həmin şikayətdə borc məbləğini mübahisələndirmişlər. Hesab edir ki, onun götürdüyü kredit məbləği vaxtı keçmiş kredit olduğundan, həmçinin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyündən, onun əsas borc məbləğinə faiz hesablanmamalıdır. Hansı ki, 2019-cu ilin yaz aylarında ona həmin Fərmanın icrası ilə bağlı pul kompensasiyası da verilmişdir. Lakin qətnamə çıxarılarkən həmin xüsusatlar nəzərə alınmamışdır. Ona baxmayaraq, o, icra məmurunun bütün çağırışlarına gəlmiş və imkanı daxilində ödəniş etmişdir. Onun hazırda qeyd olunan məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Belə ki, o, sərt karantin rejimi tətbiq edildikdən sonra iş yerini itirmişdir. Ona görə də ödənişləri vaxtında icra edə bilməmişdir. Bununla belə o, hazırda borcundan 100 manat ödəniş etmişdir. Lakin maddi imkanı olmadığından borcunu tam ödəyə bilməmişdir. Ondan başqa Mingəçevir şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli qətnaməsindən X10 və X11 tərəfindən 15.04.2021-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar “xxxx” MMC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, borclu təyin edilmiş kredit borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda borclunun banka 11073.81 ABŞ dolları məbləğdə borcu qalmışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini üzürsüz səbəbdən, qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Mingəçevir şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs, X10 və X7 müştərək qaydada 3762.46 ABŞ dolları məbləğdə əsas borc , 7261.35 ABŞ dolları məbləğdə hesablanmış faiz borcu, 50 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 11073.81 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» Bank Olmayan Kredit Təşkilatı QSC-nə verilməsi qət edilmişdir. İş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, borclu kredit borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır, bundan başqa Mingəçevir şəhər Məhkəməsinin 2(051)-856/2020 saylı, 27.08.2020-ci il tarixli qətnaməsi borclu Şəxs tərəfindən mübasələndirilməsə də, digər cavabdehlər X10 və X11 tərəfindən 15.04.2021-ci il tarixdə sözügedən qətnamənin iddianın təmin olunmuş hisəsi mübahsələndirilərək, həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. İş materiallarına əlavə edilmiş, elektron ödəniş sisteminə aid qəbzdən görünür ki, borclu kredit borcundan tələbkar “xxxx” MMC-nin hesabına 01.06.2021-ci il tarixdə 100 manatını ödəmiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi və üzürsüz səbəbdən icra sənədini icra etməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar