Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-486/2024 09.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs X1 və onun müdafiəçisi X2 iştirakı ilə, Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ : Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materiala məhkəmə iclasında baxarkən müəyyən olundu ki, inzibati xəta haqqında protokol tərtib edilməsi üçün əsas olan «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nin təhqiqatçısının 07 iyul 2024-cü il tarixli qərarı Mingəçevir şəhər Prokurorluğunun 07 avqust 2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və material tam və hərtərəfli araşdırılması üçün Mingəçevir şəhər PŞ-nin TB-nə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilməsi üçün əsas olan «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nin təhqiqatçısının 07 iyul 2024-cü il tarixli qərarı Mingəçevir şəhər Prokurorluğunun 07 avqust 2024-cü il tarixli qərarı ilə ləğv edildiyi üçün inzibati xəta haqqında protokol natamamdır. Baxılması və tamamlanması qeyri mümkündür. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlaraəsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə tərtib edilmiş 30 iyul 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-486/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-486/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver