Məhkəmə qərarları › İş №3(051)-488/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-488/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-488/2024 20.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. İş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin vəzifəli şəxsi tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Belə ki, Şəxs MMC-nin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə X7, X12, X2 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etmiş, Azəbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, Şəxs MMC-nin fəaliyyətində inzibati xəta tərkibi vardır. Ona görə də onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Bu işçilər onların işçiləridir. Bu işçiləri onlar işlətmişlər. Qarabağda portalda olmuşlar. Protokolda adı qeyd edilmiş şəxslər Şəxs MMCnin işçisi olmuş və onlarla əmək müqaviləsi bağlanmışdır. Bununla bağlı sənədlərini və portaldan çıxarışı təqdim edir. Qaydalarla belədir ki, onların çoxsaylı işçiləri olur və həmin işçiləri işə götürürlər. Həmin şəxslər işlədiyi zamanda heç bir problem olmamış və onlar onların əmək haqqını tam olaraq ödəmişlər. Onlar işçiləri işdən çıxarsalar da, heç vaxt işğaldan azad olunmuş ərazilərə getməmişlər. Bundan əlavə onların həmin şəxsləri nə portala salmaq, nə də portaldan çıxarmaq hüquqları yoxdur. Bu şəxslər xx.xx.2024-cü ildə işdən çıxarılmışdır. Bu şəxslərə görə əsassız olaraq protokol yazılmışdır. Bununla bağlı sənədləri təqdim etmişlər. Sözügedən maddənin dispozisiyasında yazılmışdır ki, onlar işçini əmək müqaviləsi olmadan işlətmələri lazımdır ki, cərimələnsinlər. Lakin xx.xx.2024cü ildən sözügedən işçilərin əmək müqaviləsi olmuş və elektron sistemə əlavə edilməklə əmək haqqı və digər ödənişlər edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Orada işə qəbul olunmuşdur. Lakin Qarabağ zonasına getməmişdir. Onun portalı açıq olmuş, lakin işi alınmadığından Qarabağ zonasına getməmişdir. Evdə öz fərdi işi ilə məşğul olmuş, lakin Qarabağa getməmişdir. Bu şirkətdə heç vaxt Qarabağa getməmişdir. Lakin başqa bir şirkətdə təxminən 6-7 ay Şuşada işləmişdir. İyul ayından sonra Qarabağa getməmişdir. Hazırda Biləsuvarda işləyir. Ona təklif gəlib ki, iş var. O da əmək müqaviləsi bağlamışdır. Lakin, ümumiyyətlə, işləməmişdir. Məhkəmə daxil olmuş inzibati iş üzrə materialları və sübutları nəzərdən keçirdib belə qərara gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: İşə əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs MMC-nin X12, X7, X2 və X4 adlı şəxslər ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü ildir. İşə əlavə olunmuş ərizələrdən görünür ki, X7, X2 və X4 adlı şəxslər fəhlə vəzifəsinə və X12 isə çilingər vəzifəsinə qəbul olunmaq üçün Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdə ərizə vermişlər. İşə əlavə olunmuş əmək müqavilələrindən görünür ki, Şəxs MMC ilə X7, X2 və X4 adlı şəxslər arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və İşçilər xx.xx.2024-cü il tarixindən işə başlayır. İşə əlavə olunmuş ərizələrdən görünür ki, X7 və X2 adlı şəxslər fəhlə vəzifəsindən və X12 isə çilingər vəzifəsindən Şəxs MMC –yə xx.xx.2024-cü il tarixdə azad edilmələri üçün ərizə vermişlər. İşə əlavə olunmuş "xxxx" QSC tərəfindən 01 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, “28” iyul 2023-cü il tarixli AZC-SPM-022/23 saylı Subpodrat Müqaviləsinə əsasən Kəlbəcər Rayonunda “Zar” X16 Stansiyasının tikintisi layihəsi üzrə derivasiya borularının qaynaq üsulu ilə quraşdırılması işlərinin görülməsi üçün müqaviləsi əsasında onlarla əməkdaşlıq etdikləri və ümumilikdə onlarla Podrat müqaviləsi bağlanmış bütün hüquqi və fiziki şəxslərin eyni zamanda onların əmək müqaviləsi ilə təsdiqlənmiş işçi heyyətinin və onlara xidmət göstərən şəxslərin Qarabağ Bölgəsinə icazələrinin alınması, yenilənməsi, ləğv edilməsi Podratçılar tərəfindən onlara "xxxx" QSC-nə e-mail vasitəsi ilə xüsusi excell formatda təqdim olunaraq və öz növbəsində onlar tərəfdən bu təqdim olunmuş siyahılara baxış keçirilərək "xxxx" ASC-nin aidiyyatı şöbəsinə göndərilir. Ümumilikdə Şəxs MMC layihə başlandığı tarixdən bugünədək işçilərin icazəsi ilə bağlı heç bir əməliyyatı bir başa etmək hüququna malik olmamışdır. Mexaniki olaraq işçilərin icazəsi səhvən yenilənmişdir. Araşdırıldı və aydın oldu ki, sözü gedən dörd nəfər şəxsin onlara göndərdikləri 30 iyun 2024-cü il tarixli cədvəldə, siyahıda adı gedən X12, X7, X2 və X4 şəxslərin işdən çıxarılmış kimi qeyd olunub, onlar tərəfdən də "xxxx" ASC-yə təqdim olunmasına baxmayaraq mexaniki səhv nəticəsində həmin dövrdə sistem tərəfindən bəzi adı keçən işçilərin avtomatik olaraq icazə portallarında icazəsinin müddəti uzadılmışdır. Bu kimi hallar eyni zamanda onların şirkəttən əlavə olaraq onlarla və onlardan əlavə podratçıların çoxunda baş vermişdir. Bu nöqteyi-nəzərdən icazə gov az saytının yenilənməsi ilə bağlı bir çox mexaniki və texniki səhvlər sistemdə müşahidə olunur. Bununla bağlı qeyd edirlər ki, bu hal ümumilikdə sistem tərəfindən mexaniki olaraq yeniləndiyi üçün onlarında heç bir məsuliyyəti yoxdur. İşə əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 07/24 №li Əmrdən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşə əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 07/24 №li Əmrlərdən görünür ki, X12, X7 və X2 adlı şəxslər ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşə əlavə olunmuş MN ******* №li, 12 iyul 2024-cü il tarixli protokolda göstərilir ki, Şəxs MMC-nin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə X7, X12, X2 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etmiş, Azəbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmur. Belə ki, protokolda göstərilənlərin əksinə olaraq müəyyən edilmişdir ki, həmin şəxslərlə əmək müqaviləsi bağlanmış və elektron sistemə yerləşdirilmişdir. Bundan sonra isə protokolda göstərilən xx.xx.2024-cü il tarixindən öncə xx.xx.2024-cü il tarixdə X5 və xx.xx.2024-cü il tarixdə X12, X7 və X2 adlı şəxslər ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid ifadəsindən isə aydın oldu ki, onlar, ümumiyyətlə, iş alınmamış və onlar işğaldan azad olunmuş ərazilərdə çalışmağa gedə bilməmişlər. "xxxx" QSC tərəfindən yazılan cavab məktubundan isə məlum olur ki, ümumilikdə Şəxs MMC layihə başlandığı tarixdən bugünədək işçilərin icazəsi ilə bağlı heç bir əməliyyatı bir başa etmək hüququna malik olmamışdır. Mexaniki olaraq işçilərin icazəsi səhvən yenilənmişdir. Araşdırıldı və aydın oldu ki, sözü gedən dörd nəfər şəxsin onlara göndərdikləri 30 iyun 2024-cü il tarixli cədvəldə, siyahıda adı gedən X12, X7, X2 və X4 şəxslərin işdən çıxarılmış kimi qeyd olunub, onlar tərəfdən də "xxxx" ASC-yə təqdim olunmasına baxmayaraq mexaniki səhv nəticəsində həmin dövrdə sistem tərəfindən bəzi adı keçən işçilərin avtomatik olaraq icazə portallarında icazəsinin müddəti uzadılmışdır. Bütün bunlardan isə aydın olur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı baş verməmişdir. Sadəcə olaraq sistemdə olan mexaniki səhvlik səbəbindən həmin işçilərin icazəsi səhvən yenilənmişdir. Məhkəmə hesab edir ki, bu hal işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, bu hal isə inzibati xəta törətmiş hüquqi şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normaları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlar vədinlənilmiş şahid ifadəsindən belə nəticəyə gəlir ki, Şəxs MMC–nin əməlində qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl aşkar ediməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı əsasları ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar