Məhkəmə qərarları › İş №3(051)-49/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-49/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-49/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Barəsində qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Bakı şəhər Baş Dövlət Yol polisi idarəsinin V X7 xidməti inspektorunun TP3979197 №li xx.xx.2020-ci il tarixli qərarından şikayətə baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 Baş Dövlət Yol polisi idarəsinin V X7 xidməti inspektorunun TP ******* №li xx.xx.2020-ci il tarixli qərarından şikayət vermişdir, qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 izahatında bildirdi ki, xx.xx.2020-ci ildə saat 11:00 radələrində idarə etdiyi “Nissan Sunay” markalı **-FZ- *** dövlət nömrə nişanlı avtomaşın ilə Şəki şəhərinin çıxışındakı DYP postundan keçdiyi zaman V X7 xidməti inspektoru, polis serjantı X4 avtomaşını saxladıb inzibati xəta törətdiyini bildirdi. İnzibati xəta törətməsini isə “Stop” yol nişanı tələbini pozaraq kəsişməyə daxil olması ilə izah etdi. O, etiraz edərək heç bir yol hərəkət qaydasının pozulmasına yol vermədiyini bildirdi. Sonra ona məlum oldu ki, polis serjantı Elgiz Talibov özü onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında qərar çıxarıldı. Azərbaycan Respublikası İXM-nin 61.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi onun inzibati xəta haqqında materiallarla tanış olmaq hüququ vardır. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq koronovirus infeksiyası ilə mübarizə tədbirləri bəhanə gətirilərək hüququnun təmin olunmasından imtina edilmişdir. Araşdırma materiallarının surətlərinin ona göndərilməsi ilə bağlı müraciətləri cavablandırılmamışdır. Hesab edir ki, barəsində çıxarılmış TP ******* №li xx.xx.2020-ci il tarixli qərar qanunsuzdur. Ona görə də qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinə bildiriş göndərilərək qərarından şikayət verilmiş yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında iştirakının təmin olunması və inzibati materialın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin E.Talıbovun məhkəmə iclasında iştirakı təmin edilməmiş, eləcə də inzibati material məhkəməyə göndərilməmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, qərar ləğv olunmalı, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. İşdə olan V X7 xidməti inspektoru, polis serjantı X2 TP ******* №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Lakin “İnzibati tənbeh vermə haqqında” qərarda T.Sadıqovun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati xətanı törətməsi göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Lakin şikayət verilmiş inzibati xəta haqqında qərarda barəsində qərar qəbul edilmiş T.Sadıqov tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati xətanın törədilməsi, hansı halların müəyyən edilməsi göstərilmədiyinə, eləcə də dəfələrlə tələb olunmasına baxmayaraq inzibati material məhkəməyə göndərilmədiyinə görə işin hallarının tam və obyektiv araşdırılması mümkün olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasıına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin V X7 xidməti inspektoru Elgiz Talıbovun TP3979197 №li xx.xx.2020ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və yenidən baxılmaq üçün iş Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət qismən təmin olunsun. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin V X7 xidməti inspektoru Elgiz Talıbovun TP3979197 №li xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar