Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-49/2024 18.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında icraatın başlanması haqqında qərar qəbul edilmiş şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir şəhər prokurorun nümayəndəsi X2 iştirakı ilə xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 23:30 radələrində X1 əmlakını az miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir şəhər prokurorun nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahidlərin ifadələri və işdə olan digər mötəbər sənədlərlə təsdiq olunmuşdur. Onun əməlində inzibati xəta tərkibinin əlamətləri məcmu halında mövcuddur. Odur ki, məhkəmədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat başlayan şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yaşayır. O, "xxxx" MMC-də fəhlə işləyir. Hadisə vaxtı, yəni xx.xx.2023-cü il tarixdə o, gecə növbəsində çıxıb səhər saatlarında evə gəlib, gün ərzində bir qədər spirtli içki qəbul edərək evdə yatmışdır. Sözügedən hadisədən xəbəri olmamışdır, heç nə xatırlamir. O heç kimin mənzilinə qanunsuz daxil olmamışdır. Ancaq polis əməkdaşları onun yaşadığı mənzilə gələrək, onu polis şöbəsinə dəvət etmişlər və orada hadisədən xəbəri olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində X1 izahatı alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təqdimata təqdim edilmiş 01 ədəd biçaq üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici , ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçaqdır, soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını əlavə və dəyişiklər edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-701/2023 saylı iş üzrə videocəklişdən görünür ki, Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli №185 saylı Azərbaycan Respublikası Mingəçevir Şəhəri "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Mingəçevir şəhər Prokurorluğunda istintaqı aparılan № ********* saylı cinayət işi üzrə ünvan 3 ünvanında yerləşən qonaq otağının qapısına baxış zamanı müəyyən edilmişdir ki, şam taxta ağacından hazırlanmış mənzilin iç qapısının qapı tutacağının (açar yuvasının), habelə şüşə parçasının hazırki dövrdə orta asar qiyməti qapı tutacağı (açar yuvası) üzrə 25 manat, eni 15 sm, hündürlüyü 20 sm olan işə parçasının qiyməti isə 5 manat dəyərində olmaqla, ümumi məbləğ 30 manat təşkil edir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ə.Qadaşovanın mənzilinə daxil olaraq əlində olan cib bıçaq ilə qonaq otağının qapısını açmaq məqsədilə qapının pəncərəsinin və qapı tutacağını sındıraraq, zərərçəkmiş şəxs X1 30 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsə 30 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-49/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-49/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver