Məhkəmə qərarları › İş №3(051)-49/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-49/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-49/2025 09.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X1, İnzibati xəta törətmiş şəxs: Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2004-cü il tarixdə Ağdam rayonu, Xındırıstan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1 və 206-cı maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində etdiyi müraciətlə bağlı izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və izahatı alınarkən sərxoşluğu yoxlanılmış, narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən olunmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1 və 206–cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X3 məhkəmə iclası zamanı protokolu müdafiə etdi və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Mingəçevir şəhəri QRES qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq “Sosial şəbəkə” vasitəsilə müraciət etdiyi üçün işin araşdırılması məqsədi ilə polis şöbəsinə yaxınlaşıb izahat verməli olduğunu bildirmişlər. Məsələnin nə olduğunu başa düşmədiyi üçün o, valideynnin gəlməsini gözlməyi bildirmiş, lakin polis əməkdaşları razılıq verməmişlər, ona görə də o, qaçmağa çalışmış, lakin polis əməkdaşları onu tumuşlar. Daha sonra yaxınlıqdakı dəmir parçasına tutunaraq ailə üzvləri gəlməsə, polis şöbəsinə getməyəcəyini bildirmişdir. Polis əməkdaşları onu zorla polis maşınına mindirib Mingəçevir ŞPŞ-yə aparmışlar. Orada ondan tibbi müayinə götürülmüş və ondan narkotik sərxoşluğu çıxmışdır. Sonradan onu Gəncə şəhərinə ekspertizaya aparmışlar. Orada ondan heç bir analiz götürülməmiş, yalnız bir neçə sual verilmiş, o da cavab vermişdir. Hansı ki, o, təxminən 2 həftə əvvəl Ağdam rayonunda toy məclisində olarkən sərxoşluğun təsiri altında marixuana istifadə etmişdir. O, heç vaxt narkotik vasitənin aludəçisi olmamışdır. Odur ki, məhkəmədən əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Mingəçevir şəhəri QRES qəsəbəsi Naxçıvan küçəsində xidmətdə olarkən “Sosial şəbəkə” ilə bağlı icraata daxil olmuş materialla əlaqədar Şəxs izahatının alınması məqsədi ilə ŞPŞ-yə dəvət olunan zaman mübahisə yaradıb səs-küy salaraq qeyri-etik ifadələr işlətməyə başlamışdır. Sonra isə onların yanından qaçmağa cəhd göstərmiş, sonda isə dəmir dirəkdən yapışaraq ŞPŞ-yə getməkdən imtina etmişdir. Onlar Şəxs hüquq və vəzifələrini izah etməyə çalışsalar da, o qərəzli şəkildə öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X2 da şahid X5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində etdiyi müraciətlə bağlı izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və izahatı alınarkən sərxoşluğu yoxlanılmış, narkotik vasitənin təsirində olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2025–ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 27 saylı protokoldan görünür ki, Şəxs marixuana aşkar edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 28 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)- 374/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində etdiyi müraciətlə bağlı izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla və qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206–cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1 və 206-cı maddələrinin tərkibi vardır və o, həmin maddələr üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh növündə əsas, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə növündə əlavə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və o, İXM-in 206-cı maddəsi ilə 18 (on səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 08 yanvar 2025–ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicə həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra icra edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Məcburi müalicənin icrasına nəzarət Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar