Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-490/2021 26.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X3, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxs (tələbkar) X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri Nübar Bağ massivində yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 21.02.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 aliment ödəməli olması barədə Mingəçevir şəhər məhkəməsinin 2(051)-1412/2012 №li 18.10.2012-ci il tarixli və 2(051)-864/2019 №li 12.03.2019-cu il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, tələbkarın izahatları, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1412/2012 №li 18.10.2012-ci il tarixli və 2(051)-864/2019 №li 12.03.2019-cu il tarixli icra sənədlərindən görünür ki, 21.02.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat, sonrakı icra sənədinə əsasən hər ay 130 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı X1 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, bir müddət cəzaçəkmə müəssisəsində olduğuna görə aliment ödəməmişdir. 2019-cu ildə cəzaçəkmə müəssisəsindən çıxmış, alimentindən ödəniş etmiş. Aliment borcunu ödəyəcəkdir. Zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, Şəxs Mingəçevir şəhər məhkəməsinin 2(051)- 1412/2012 №li 18.10.2012-ci il tarixli qətnaməsinə əsasən hər ay 70 manat aliment tutularaq uşağın saxlanması üçün ona verilməlidi Mingəçevir şəhər məhkəməsinin 2(051)-864/2019 №li 12.03.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay 130 manat müəyyən edilmişdir. Borclu Şəxs törətdiyi cinayətə görə 2015-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu həbs edilməzdən əvvəl də alimenti ödəməmiş, borcu qalmışdır. Borclu Şəxs 2019-cu ildə cəzaçəkmə müəssisindən qayıtmışdır. O, borclunun cəza çəkdiyi müddətdə alimentdən imtina barədə ərizə vermişdir. Lakin borclu Şəxs həbs olunmamışdan əvvəlki, ya da cəzaçəkmə müəssisindən çıxdıqdan sonra yaranmış aliment borcunu ödəməmiş, 4190 manat borcu qalmışdır. Uşağı saxlamaqda çətinlik çəkir. Alimentin ödənilməsini tələb edir. Əks halda Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İcra məmuru X7 izahatında bildirdi ki, borclu Şəxs Mingəçevir şəhər məhkəməsinin 2(051)- 1412/2012 №li 18.10.2012-ci il tarixli icra sənədinə əsasən hər ay 70 manat və 2 (051)-864/2019 №li 12.03.2019-cu il tarixli icra sənədinə əsasən hər ay 130 manat 21.02.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi tutularaq X1 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs alimenti ödəməmişdir, hazırda isə onun 4190 manat borcu vardır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 26.05.2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-490/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-490/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver