Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-490/2024 12.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, X1 İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 22475938 nömrəli qərardan şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 tərəfindən məhkəməyə İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 22475938 nömrəli qərardan şikayət daxil olmuşdur. Şikayətçi sonradan məhkəməyə ərizə göndərərək, şikayətinə baxılmadan təqdim etdiyi şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını tələb etdiyindən X1 İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 22475938 nömrəli qərardan şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçi X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128– 130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 22475938 nömrəli qərardan şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçi X2 geri qaytarılsın. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-490/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-490/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver