Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-490/2025 17.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin YNH inspektoru polis kapitanı X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdam rayonu Keşdazlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Yeni Qaçqın qəsəbəsi ev 8, mənzil 19-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Şəxs 26 iyun 2025-ci il tarixdə saat 23:57 radələrində idarə etdiyi “BMW” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Samux küçəsi istiqamətində hərəkətdə olan zaman ondan irəlidə hərəkətdə olan X1 idarə etdiyi “Vaz 2107” markalı **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsindən vuraraq, sonuncunun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, “BMW” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı etibarnamə ilə idarə edir. Həmin avtomobillə Mingəçevir şəhəri, Samux küçəsi istiqamətində hərəkətdə olan zaman ondan irəlidə hərəkətdə olan X1 idarə etdiyi “Vaz 2107” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq, sonuncunun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. O, sürət həddində hərəkət etsə də qarşıdakı avtomobillə ara məsafəsi saxlamadığı və əyləci vaxtında sıxa bilmədiyi üçün belə bir hadisə baş vermişdir. Hazırda əməlindən peşmandır, hazırda qazancını sürücülük fəaliyyətindən əldə etdiyini, bir azyaşlı uşağına aliment ödədiyini, Ağdam rayonundan məcburi köçkün olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, hadisə nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Avtomobil sığortalıdır. Hadisə nəticəsində yüngül bədən xəsarətləri almışdır. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhəri Polis Şöbəsinin DYPB-nin YNH inspektoru polis kapitanı X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Şəxs 26 iyun 2025-ci il tarixdə saat 23:57 radələrində idarə etdiyi “BMW” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Samux küçəsi istiqamətində hərəkətdə olan zaman ondan irəlidə hərəkətdə olan X1 idarə etdiyi “Vaz 2107” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq, sonuncunun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Daha sonra onun barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Şəxs maddi vəziyyətini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşə əlavə edilmiş ƏN-VİN 877282 saylı etibarnamədən görünür ki, X4 mülkiyyətində olan etdiyi “BMW” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2029-cu il tarixədək idarə etməyi Şəxs etibar etmişdir. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2025-ci il tarixli 224 saylı ekspert rəyindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində bədənində aşkar olunmuş xəsarətlər sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi cinayət hadisəsi olmadığından sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən Şəxs məcburi köçkün olması müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Şəxs 26 iyun 2025-ci il tarixdə saat 23:57 radələrində idarə etdiyi “BMW” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Samux küçəsi istiqamətində hərəkətdə olan zaman ondan irəlidə hərəkətdə olan X1 idarə etdiyi “Vaz 2107” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq, sonuncunun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, məcburi köçkün olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, daha ağır inzibati tənbehin tətbiq olunmasının onun ailə və maddi vəziyyətinə mənfi təsirini, o cümlədən məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxsnın barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Bundan əlavə, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə birgə həmin Məcəllənin 327.6-ci maddəsində də göstərilən inzibati xətanı törətmişdir. İXM-nin 43.1-cü maddəsinə əsasən 327.6-cı maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-490/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-490/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver