Məhkəmə qərarları › İş №3(051)-491/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-491/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-491/2022 11.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı oz izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Mingəçevir şəhəri, günəşli bağ massivində polis əməkdaşları xidmətdə olarkən “Günəşli” marketin yanında səs-küy gəldiyini eşidib ora yaxınlaşıblar. Həmin şəxs nizam intizama dəvət olunanda Şəxs polisin qanuni tələblərinə qəsdən tab olmamış və öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs Polis Şöbəsinə gətirilmiş və Narkoloji-tibbi yoxlamanın nəticəsində narkotik vasitə olan metamfetamin istifadəçisi olduğu aşkarlanmışdır. Odur ki, məhkəmədən müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində polis əməkdaşları xidmətdə olarkən “Günəşli” marketə siqaret almaq məqsədilə getmişdir. Sonradan 20 nömrəli məktəbi yanında 7-8 nəfərin toplaşdığını görmüş və salam vermək üçün onlara yaxınlaşdığı zaman, polis əməkdaşları gəlmişdir. Hamı qaçsa da o polis əməkdaşları ilə şöbəyə getməyə razı olmuş və heç bir halda onlara qarşı gəlməmişdir. Polis şöbəsində metamfetamin qəbul etdiyi məlum olmuşdur. Bu narkotik maddəni 1 il bundan qabaq qəbul etmişdir, polis əməkdaşları tərəfindən saxlandığı zaman da bu vasitəni qəbul etməmişdir. Həmçinin polisə qarşı da hər hansı müqavimət göstərməmişdir. Ancaq polis əməkdaşlarına qarşı müqavimət göstərmədiyi halda ona qarşı həm də bu maddə ilə inzibati iş başladılmışdır. Odur ki, izahatında göstərilənləri nəzərə alıb qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və aparılmış müayinə zamanı narkotik vasitə olan metamfetamin istifadə etdiyi aşkar olunmuşdur. Beləliklə Şəxs İXM-in 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında işin aidiyyətı üzrə göndərilməsi barədə qərardaddan görünür ki , Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2022-ci il tarixli 587 saylı protokoldan görünür ki, Şəxs narkotik maddələrin istehlakı nəticəsinə yaranmış narkotik sərxoşluğu aşkar edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:40-da inzibati qaydada tutulmuşdur İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 1158 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivində polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və aparılmış müayinə zamanı narkotik vasitə olan metamfetamin istifadə etdiyi aşkar olunmuşdur. Beləliklə Şəxs İXM-in 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ancaq inzibati xətanı törədən zaman, polisin qanuni tələbinə tabe olmamasını sübut edən hallar yoxdur. Göründüyü kimi bu xətanın mövcudluğunu təsdiq edən hər hansı əsaslı sübut və şahid ifadələri də işə əlavə olunmamışdır, həm də məhkəmə iclasına şahid gətirilməmişdir. Beləliklə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta üzrə icraatı başlatmağa əsas verən hallar öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 206-ci maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi məhkəmə bu maddə üzrə inzibati xəta hadisəsinin mövcud olmasını sübut edən hallar barədə iş materiallarında kifayət qədər sübutlar olmadığından və ya məhkəməyə təqdim edilmədiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7)şikayət verilə bilər.

Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar