Məhkəmə qərarları › İş №3(051)-496/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-496/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-496/2021 14.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi, şikayət vermiş şəxs X13 oğlunun iştirakı ilə, X13 oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İXP ******* saylı X10 Protokola 22 may 2021-ci il tarixli TP ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İXP ******* saylı X10 Protokola 22 may 2021-ci il tarixli TP ******* saylı qərarı ilə X13 oğlu Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat miqdarda inzibati cərimə edilmişdir. Ruslan Vəliyev İXP ******* saylı Protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış 22 may 2021-ci il tarixli qərarın ləğv edilməsi və X10 iş üzrə icraata xitam verilməsi barədə qərar çxarılmasını xahiş etmişdir. X13 oğlu məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, 21 may 2021-ci il saat 09:30 tarixində Bakı şəhəri Rüstəm Rüstəmov 3 ünvanında idarə etdiyi ** JS *** qeydiyyat nişanlı Kia K2700 markalı yük avtomobilini, ** YP *** qeydiyyat nişanlı xidməti avtomobillə bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis kiçik serjantı X9 (onlara X3 kimi təqdim etmişdir) saxla əmri verib, bortda təkrar nömrə yazılmadığı üçün cərimə meydanaçasına aparılmış və AR-nın İXM-də belə bir maddə olmadığı üçün protokol tərtib etməmişdir. X3 kimi təqdim edən polis formasında olan polis nəfəri çox sərt şəkildə onunla davranaraq, AR-nın İXMnin 96 və 97-ci maddəsini (Nəqliyyat vasitəsinin saxlanması) nəzərinə çatdırsa da, bunları nəzərə almayaraq maşını duracağa aparılmasını əmrini vermişdir. AR-nın İXM-nin 96 və 97-ci maddəsində nəqliyyat vasitəsinin hansı hallarda duracağa qoyulması yazılmışdır. Yük maşınlarının bortunda təkrar qeydiyyat nömrəsinin yazılmamasına görə duracağa aparılması qanuna ziddir və AR-nın İXM-də buna görə hər hansı cərimə nəzərdə tutulmayıb. İdarə etdiyi yük maşını ilə gün ərzində çox yük aparıldığı üçün vaxt itirmədən dedikləri kimi AR-nın DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin 5-ci otağında Polis X1 yaxınlaşmışdır. Uzun sürən növbədən sonra otağa girib, heç bir qanuna uyğun olmadan idarə etdiyi maşını cərimə meydançasına aparıldığını, gün ərzində bu maşının nə qədər yük daşıdığını və qanunsuz saxladıqları üçün şirkətə, dövlətə (satılan, daşınan mallara görə vergi ödənir) nə qədər ziyan vurduqlarını söyləmişdir. Bildirmişlər ki, cərimə meydançasına aparılan maşın ancaq 1 (bir) gün ərzində sənədləri gəlir növbəti gün yaxınlaşsın. Növbəti gün 22 may 2021-ci il tarixində yenidən AR-nın DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin 5-ci otağına yaxınlaşıb maşının buraxılmasını tələb etmiş və yenidən AR-nın İXM-nin 96 və 97-ci maddələrini nəzərə almalarını tələb etmişdir. Bir qədər onu gözlədib yenidən otağa dəvət edərək AR-nın İXM-nin 342.5-ci maddəsini rəhbər tutaraq protokol tərtib olunmuşdur. 342.5-ci maddə: Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İXM-nin 342.5-ci maddəsinin yük maşının bortunda təkrar nömrə yazılmasına aidiyyatı yoxdur. Ona görə də məhkəmədən İXP ******* saylı Protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış 22 may 2021-ci il tarixli qərarın ləğv edilməsi və X10 iş üzrə icraata xitam verilməsi barədə qərar çxarılmasını xahiş edir. İşə əlavə olunmuş Bakı şəhəri DYPİ-nin TP4386463 saylı 22.05.2021-ci il tarixli X12 Haqqında Qərarından və ******* saylı Protokolundan görünür ki, X7 21.05.2021-ci il tarixdə, saat 09:30-da Bakı Rüstəm Rüstəmov 3 GPS:40,40714067,49,93605013 ərazidə KİA K 2700 YÜK markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və onun barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Qanunun tələblərindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, Ruslan Vəliyev barəsində olan qərar tam qanunsuzdur. Belə ki, Ruslan Vəliyev 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunsa da ona qanunla nəzərdə tutulmuş məbləğdən artıq yəni 50 manat cərimə yazılmışdır. Lakin onun həmin inzibati xətanı törətməsini yetərincə dəlillə sübut edə bilməmişdir. Əksinə şikayət vermiş şəxs onun yük markalı nəqliyyat vasitəsinin nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə deyil, yük maşının bortunda təkrar nömrə yazılmasına görə cərimə meydançasında saxlandığını söyləmiş və sübut etmişdir. İşin faktiki hallarından da göründüyü kimi Ruslan Vəliyevin əməlində 342.5-ci maddəsinin tərkibi yoxdur, ona görə də qərarın ləğv edilməsi və X10 iş üzrə icraata xitam verilməsi qanuna müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində X10 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X10 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə X10 iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İXP ******* saylı X10 Protokola 22 may 2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin. Həmin X10 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar