Məhkəmə qərarları › İş №3(051)-496/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-496/2024

03.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-496/2024 03.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3 iştirakları ilə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində inzibati xəta törədən nəqliyyat vasitəsi sürücüsü polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi Şəxs məhkəmə iclası zamanı prtokola uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, onun heç vaxt cəriməsi olmayıb. O, işə çatmaq üçün tələsirdi? Ona görə də, qırmızı işıqdan keçib. Polis saxladığı zaman polisə hörmət etmək istədi lakin yol patrul xidməti ona cərimə yazmağa üstünlük verdi. Lakin o, cərimə yazmamağı xahiş etdi, ancaq YPX əməkdaşı inadla cərimə yazmaqda israrlı oldu. O, dəfələrlə YPX əməkdaşına xahiş etdi ki, məsələni yoluna qoysun çıxıb getsin. O polis əməkdaşına onların da qırmızı işıqdan keçdiyini bildirərək, onlardan şikayət edəcəyini , işdən çıxartdıracağını bildirmişdir. O, səhv etdiyini bildirdi lakin YPX əməkdaşı ona qulaq asmadı və bundan sonra post patrul xidmətini çağırdılar. O, YPX əməkdaşına heç bir söz deməmiş, heç bir mübahisə etməmişdir. Lakin YPX əməkdaşı ona qulaq asmadı və onlar olar əraziyə post patrul maşını gəldi və sakit post patrul maşınına əyləşərək polis şöbəsinə getdi. O, əməlini etiraf edir. Əməlinin səhv hərəkət olduğunu bilir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 məhkəmə iclası zamanı Şəxs əməlində tərkib olmadığını bildirirək inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin YPX-nin əməkdaşı X2 bildirdi ki, o, həmin şəxsləri tanımır. Hadisə Mingəçevir şəhəri, Naxçıvan küçəsində qeydə alınıb. Həmin ərazidə reyd aparan zaman şəxsin svetoforun qırmızı işığında keçdiyini gördülər. Ondan sonra şəxsə yaxınlaşdılar. Xidməti vəzifələrini yerinə yetirərəkən şəxsə qayda pozuntusu etdiyinə görə dərhal protokol tərtib edildi. Sonra həmin şəxs onlarla aqressiv danışmağa başladı və onları hədələməyə başladı. Sonra post patrul xidməti çağırıldı. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin YPX-nin əməkdaşı X4 da digər şahid X2 ilə eyni məzmunlu ifadə verərək protokolda göstərilən xüsusatları təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aralarında tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xəta törədilən zaman sərxoş vəziyyətdə olmamışdır. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs AR İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmaqla, polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, inzibati qaydada tutulması haqqında protokol və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, şəxsin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, xətanın idarəçilik qaydaları əleyhinə olan olduğunu və polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq qanuni tələblərinə tabe olmamasını və şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar