Məhkəmə qərarları › İş №3(051)-497/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-497/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-497/2022 15.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Mingəçevir şəhər PŞ tərəfindən tərtib edilmiş MN ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitə qəbul etdiyinə görə barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, narkotik vasitədən istifadə edir. Mingəçevir şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində şəhərin “Güllü bağ” dairəsinin yaxınlığındakı çayxanada olarkən polis əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə getməsini bildirdilər. Mingəçevir şəhər Polis Şöbəsində dindirilən zaman narkotik vasitə qəbul etdiyini etiraf etdi. Narkoloji dispanserin işçisi tərəfindən aparılan müayinə zamanı narkoloji vasitədən istifadə etdiyi aşkar olundu. Əməlindən peşimandır. Şəxs təqsirli olması özünün etirafı və iş üzrə toplanmış sənədlərlə sübut olunmuşdur. İnzibati materiala əlavə olunmuş 595 №li, xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolunda görünür ki, Şəxs müayinə zamanı narkotik vasitə qəbul etməsi aşkar olunmuşdur. İnzibati materiala əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin 1182 №li xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta törədən Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək inzibati qaydada tutulmuşdu. İnzibati qaydada tutulduğu 2 gün müddət İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən ona təyin edilmiş inzibati həbs cəzasından çıxılmalıdır. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək inzibati qaydada tutulduğu 2 gün İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən həmin cəzadan çıxarılsın və üzərində 18 (on səkkiz) gün inzibati qaydada həbs cəzası saxlanılsın. Cəzasının əvvəli 15 avqust 2022-ci il, saat 17:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar