Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-498/2025 12.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Borclu Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Tərtər rayon Məhkəməsinin 2(061)-1467/2023 saylı xx.xx.2023-cü il tarixli və Tərtər rayon Məhkəməsinin 2(061)- 457/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqələrinə əsasən 8532 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər rayon Məhkəməsinin 2(061)-1467/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehin iddianı etiraf etməsinin təsdiq edilməsi, cavabdeh Şəxs borca görə 6200 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədər ödənilməli olan 82 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. Tərtər rayon Məhkəməsinin 2(061)-457/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddia tam təmin edilmiş, cavabdeh Şəxs borca görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs2 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, borcludan borcun ödənilməsini dəfələrlə tələb etsə də, ödəniş etməmişdir. Bununla belə borclu ona olan borcundan işə məhkəmədə baxılan zaman 500 manat məbləğində pul ödəmişdir və qalıq borcunu hər ay hissə-hissə ödəyəcəyinə söz verir. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs1 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, borclu ona olan borcundan 800 manat pul ödəmiş, sonra da ödəyəcəyini söz versə də, əməl etməmişdir. Borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs1 olan borcundan 800 manat pul ödəmişdir. Maddi cəhətdən çətinlik çəkir. Bununla belə borcunu ödəməkdən boyun qaçırmır, işə baxılarkən, Zərərçəkmiş şəxs2 olan borcundan 500 manat, Zərərçəkmiş şəxs1 olan borcundan 350 manat ödəniş etmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna və tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun və tələbkarların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Tərtər rayon Məhkəməsinin 2(061)-1467/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehin iddianı etiraf etməsinin təsdiq edilməsi, cavabdeh Şəxs borca görə 6200 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədər ödənilməli olan 82 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. İşdə olan Tərtər rayon Məhkəməsinin 2(061)-457/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddia tam təmin edilmiş, cavabdeh Şəxs borca görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli icraatın birləşdirilməsi haqqında qərardan görünür ki, iş üzrə borclu Şəxs barəsində olan Tərtər rayon Məhkəməsinin 2(061)-1467/2023 saylı xx.xx.2023-cü il tarixli və Tərtər rayon Məhkəməsinin 2(061)-457/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 3050 manat borcundan Şəxs 500 manatını almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs1 olan borcundan 350 manat ödəniş etmişdir. Beləliklə, borclunun izahatını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədlərini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu maddi cəhətdən çətinlik çəkdiyi üçün birdəfəyə ödəyə bilməmiş, hazırda isə Zərərçəkmiş şəxs2 olan mövcud borcundan 500 manat, Zərərçəkmiş şəxs1 olan mövcud borcundan 350 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-498/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-498/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver