Məhkəmə qərarları › İş №3(051)-5/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-5/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-5/2024 23.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslər lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokola görə, Məmmədov X1 Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-389/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qərara əsasən inzibati xətanın törədildiyi vaxtdan bir il müddət keçdiyindən, yəni iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığından iş üzrə icraat təzələnmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xətanın törədildiyi gündən 1 ildən keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Polis Şöbəsinin məktubuna əsasən Şəxs Mingəçevir şəhər Məhkəməsinə gətirilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar