Məhkəmə qərarları › İş №3(051)-50/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-50/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-50/2021 06.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Abbasova Gülşən Elxan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, “Nar” mobile telefon mağazasında işləyən, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 №li evin 15 №li mənzilində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən mağaza ona məxsusdur.”xxxx” MMC ilə bağladığı müqavilə əsasında özünə məxsus həmin xidməti məntəqədə MMC-yə aid xidmətləri həyata keçirir, həm də məhsulların satışı ilə məşğul olurdu. Lakin koronovirus “COVİD19” panedemiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetin tərəfindən qəbul edilmiş qərara əsasən xidməti məntəqədə, mağazada mobil telefonların, aksessuarların satışı tamamilə dayandırılmış, ancaq telekommunikasiya fəaliyyətini həyata keçirir, abunəçilərə xidmət göstərir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarına 1 №li əlavəyə görə telekommunikasiya xidmətləri karantin rejiminin sərtləşdirilməsi müddətində fəaliyyətinə icazə verilən sahələrə aiddir. “xxxx” MMC xüsusi karantin rejimi dövründə fəaliyyətinin davam etdirilməsinə icazə verilmiş telekommunikasiya və rabitə xidmətləri göstərən hüquqi şəxslərin siyahısına daxil edilmişdir. “xxxx” MMC tərəfindən də ona rəsmi arayış verilərək Mingəçevir şəhəri ərazisində abunəçilərə karantin rejimi dövründə telekommunikasiya xidmətləri göstərilməsi bildirilmişdir. xx.xx.2020-ci ildə saat 18:00 radələrində o, xidməti məntəqədən çıxan zaman polis əməkdaşları ona yaxınlaşaraq karantin rejimi qaydalarını pozduğunu bildirdilər. Sonradan məlumatı oldu ki, barəsində inzibati protokol tərtib olunub. Qeyd etdiyi kimi, o, karantin rejimi qaydalarını pozmamışdır. Ona verilmiş sənəd əsasında abunəçilərə telekommunikasiya xidmətləri göstərmək məqsədi ilə xidməti məntəqədə olmuşdur, digər fəaliyyətlə, yəni telefon, və ya telefon aksessuarları satışı və s. məşğul olmamışdır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər PŞ-nin sahəsi rəisi, polis mayoru X1 iş üzrə əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Şəxs xx.xx.2020-ci ildə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən mağazanı işlətməsi məlum olmuşdur. Şəxs polis şöbəsinə dəvət olunmuş, lakin karantin rejim dövründə fəaliyyətinə icazə verilən sənədləri təqdim etməmişdir. Ona görə də barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 450 №li xx.xx.2020-ci il tarixli qərarının 2.4-cü bəndində Qərarın 1 №li əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılması göstərilmişdir. Nazirlər Kabinetinin 450 №li xx.xx.2020-ci il tarixli qərarına 1 №li əlavənin 4-cü bəndindən görünür ki, rabitə və telekommunikasiya fəaliyyətinə icazə verilən sahələr sırasına daxildir. Təqdim edilmiş “xxxx” MMC ilə Şəxs arasında bağlanmış eksklüziv diler ilə agent müqaviləsində göstərilir ki, “xxxx” MMC telekommunikasiya xidmətlərinin göstərilməsi ilə məşğuldur, xidmətlərini dilerə məxsus satış və xidmət məntəqələrində həyata keçirir. Nazirlər Kabinetinin qərarı ilə “xxxx” MMC karantin rejimi dövründə fəaliyyətinin davam etdirilməsinə icazə verilmiş telekommunikasiya və rabitə xidmətləri göstərən hüquqi şəxslərin siyahısına daxil edilmişdir. İşə əlavə edilmiş “xxxx” MMC-nin Baş icraçı direktoru tərəfindən Şəxs verilmiş arayışda göstərilir ki, arayış “xxxx” MMC-nin yalnız telekommunikasiya xidmətlərinin göstərilməsi üçün zəruri olan fəaliyyətlə əlaqədar verilir və diler tərəfindən aksessuar satışı və digər oxşar fəaliyyət növləri üçün nəzərdə tutulmamışdır. İş materialları ilə, eləcə də məhkəmə tədqiqi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs karantin rejimi müddətində xidməti məntəqədə aksessuar satışı və ya digər oxşar fəaliyyət növü ilə məşğul olması müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar