Məhkəmə qərarları › İş №3(051)-503/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-503/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-503/2024 04.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin şəxsinin 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin vəzifəli şəxsinin şəxsinin 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin vəzifəli şəxsinin şəxsinin 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X5 26 iyul 2024-cü tarixli, MN ******* nömrəli qərarı ilə o, "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Lakin o, qeyd olunan qərarla razı deyil. Həmin qərarda onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin yetirilməsinə cəlb etdiyi göstərilmişdir. Belə ki, qərarda X2 xx.xx.2024-cü il tarixdən, X4 xx.xx.2024-cü il tarixdən və X8 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi göstərilmişdir. Bununla o, qəti razı deyil. Belə ki, X6 ilə 08 may 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. X9 ilə 25 iyun 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. X10 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Belə olan halda hesab edir ki, onun barəsində tərtib olunmuş qərar tam qanunsuz və əsassızdır. Bir daha qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında 08 may 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. X9 ilə 25 iyun 2024-cü tarixdə sistemə daxil edilmişdir. X10 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Qeyd olunanlar bir daha onu göstərir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aynında X13 Xidmətinin rəis müavini X17 26 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilməyi barədə qərarı tam qaununsuz və əsassızdır. Buna görə də həmin qərar ləğv edilməldir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş qərar onun təqsirliliyi barədə nəticəyə gəlməyə əsas vermir və onun əməlində inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X5 26 iyul 2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru kimi onun barəsində qəbul etdiyi 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmmasını və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bununla belə X7 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixindən, X9 xx.xx.2024-cü il tarixindən və X10 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. İşə əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC-nin, yəni işəgötürən X3 X9 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X6 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X10 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü ildir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 3(051)470/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzbati xəta tərkibi olmadığı əsasları ilə xitam verilmişdir. Məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, X7 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmur. Belə ki, qərarda göstərilənlərin əksinə olaraq müəyyən edilmişdir ki, həmin şəxslərlə göstərilən tarixlərdən öncə əmək müqaviləsi bağlanmış və elektron sistemə yerləşdirilmişdir. Yəni qərarda X6 xx.xx.2024-cü il tarixindən, X9 xx.xx.2024-cü il tarixindən və X10 xx.xx.2024cü il tarixindən hal-hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri göstərilmişdir. Lakin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən aydın olur ki, "xxxx" MMC-nin X9 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X6 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X10 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü ildir. Odur ki, göründüyü kimi Müfəttişlik tərəfindən qəbul edilmiş qərarın əksinə olaraq qərarda göstərilən X9, X6 və X10 işə cəlb edildikləri tarixdə artıq onlarla qanunvericiliyin tələbinə uyğun əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən artıq həmin əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. Belə ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Beləliklə məhkəmə tətdiq olunmuş sübutlardan belə nəticəyə gəlir ki, X3 əməlində qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl aşkar ediməmişdir. Beləliklə, məhkəmə verilmiş şikayət iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin şəxsinin 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsasları ilə xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin Baş X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin şəxsinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar