Məhkəmə qərarları › İş №3(051)-503/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-503/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-503/2025 28.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yevlax rayon Havarlı kəndində yaşayan Şəxs Allahverdi oğlunun(FİN xxxxxxx) Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş, ona görə ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-80/2023 nömrəli qanuni qüvvəyə minmiş icra sənədi əsasında Yevlax rayonu Havarlı kəndində yerləşən borclu Şəxs tərəfindən inşa edilmiş tikili(ev) borclunun hesabına sökülməli və borclunun həmin torpaq sahəsindən çıxarılmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq qətnaməni icra etməkdən boyun qaçırmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-80/2023 saylı icra sənədinə əsasən Yevlax rayon Havarlı kəndində yerləşən tələbkar X3 RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin üzərində borclu Şəxs tərəfindən inşa edilmiş tikili(ev) borclu Şəxs hesabına sökülməli və borclu Şəxs həmin 0.06 ha torpaq sahəsindən çıxarılmasına qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o icra sənədini icra etməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı tələbkar X7 izahatında göstərmişdir ki, Şəxs icra sənədini icra etmir. Borclu icra sənədinin icra edilməsi üçün heç bir şərait yaratmır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı, Anar Əzizov barəsində yüngül inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu X1 izahatında göstərmişdir ki, həqiqətən Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-80/2023 saylı icra sənədinə əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən iddiaçı X3 RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin üzərində onun tərəfindən inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bildirmişdir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən 2005-ci ildə ona satılmış, 2007-ci ildə qeyd edilən torpaq sahəsinin sənədinin bələdiyyə tərəfindən ona verilməsi barədə qərarı olmuşdur. Bu səbəbdən də tələbkar X3 RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan torpaq sahəsinin üzərində onun tərəfindən inşa edilmiş tikilini(evi)sökməyəcəyini və həmin torpaq sahəsindən çıxmayacağını qeyd etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-80/2023 saylı icra sənədinə əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən iddiaçı X3 RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin üzərində borclu Şəxs tərəfindən inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli 8(039)-120/2024 saylı qərardadla Yevlax Rayon Məhkəməsinin 2(039)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Yevlax Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimat təmin edilmişdir. İşdə olan Mingəçevir Şəhər Bələdiyyəsinin borclu Şəxs ünvanlanmış 04 dekabr 2024-cü il tarixli 1439 saylı məktubu surətindən görünür ki, Yevlax Rayon Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarla mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin inzibati ərazisində yerləşir. İşdə olan Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 15 saylı arayışından görünür ki, xx.xx.2007-ci il tarixli qərarla bələdiyyənin mülkiyyətinə verilmiş sözügedən 0.12 ha torpaq sahəsi hazırda Havarlı Bələdiyyəsinin inzibati ərazisində yerləşmir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 80/2023 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün “İcra haqqında Azərbaycan Respublikası Qanununun 10-cu və 24-cü maddələrinə əsasən aidiyyəti üzrə Mingəçevir Şəhər İcra və Probasiya göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki,borclu Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-80/2023 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi haqqında bildirişi göndərilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 72.4-cü maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Həmin Qanunun 72.7-ci maddəsinə əsasən borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Məhkəmə, tərəflərin izahatını və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclu X4 icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə əsasən borclu tərəfindən müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış sahəsindən çıxarılması icra məmuru tərəfindən məcburi qaydada həyata keçirilir. Bununla bağlı icra məmuru hətta müvafiq icra hakimiyyəti(daxili işlər orqanı) və yerli özünüidarə orqanlarının əməkdaşlarının köməyindən istifadə etmək hüququna malikdir. Yekun nəticədə isə icra məmuru tərəfindən bununla bağlı müvafiq akt tərtib olunur. İş materiallarından və tərəflərin izahatlarından isə icra məmuru tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələbləri yerinə yetirilməsi, yəni icra sənədi üzrə borclu Şəxs tərəfindən inşa edilmiş tikilinin(evin) sökülməsi və borclunun həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması ilə bağlı hər hansı tədbirlərin görülməsi aşkar olunmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar