Məhkəmə qərarları › İş №3(051)-504/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-504/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-504/2022 30.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, M.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri, M.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyinə görə barəsində İXM-nin 529.3-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat inzibati cərimə olunmuşdur. Lakin maddi imkanı olmadığı üçün əvvəllər cəriməni ödəməmişdir. Hazırda cəriməni ödəmişdir. Heç bir inzibati cəriməsi yoxdur. Ona görə də inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs tərəfindən inzibati cərimə ödənildiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. İş materiallarından görünür ki, Şəxs 50 manat cərimə, 23.5 manat dəbbə, cəmi 73.5 manat pul ödəməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Şəxs 73.5 manat pulu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, 529.3-cü maddəsi ilə inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-cü maddələrini rəhbər tutub, Qərara aldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məhkəməyə verilmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar