Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-504/2024 13.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Barəsində qərar çıxarılmış X6 Mingəçevir şəhər Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 iştirakı ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X15 haqqında 26 iyul 2024-cü il tarixli TP ******* saylı X15 haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Yol patrul xidməti inspektorunun 26 iyul 2024-cü il tarixli X15 haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X9 DİN DBYP-nin 26 iyul 2024-cü il tarixli TP ******* saylı X15 haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidmətinin inspektoru X7 tərəfindən xx.xx.2024cü il tarixdə çıxarılmış İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş X15 haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, X14 Xidmətinin inspektoru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə çıxarılmış İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş X15 haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarında qeyd edilən xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində özünə məxsus ** CP *** nömrəli “Mersedes Benz” markalı avtomobillə heç bir yol hərəkəti qaydasını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibini yaradan yol hərəkəti qaydalarını pozmadığını sübut edən video çəkilişə baxıldı və müəyyən edildi ki, o, yol hərəkəti qaydasını pozmamışdır. Buna baxmayaraq X14 Xidmətinin inspektoru X8 ona qarşı qanunsuz qərar qəbul etdi. Hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı tərtib edən X15 haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı qanunsuzdur. Buna görə də zərurət var ki, video görüntülərə baxılmalıdir. Odur ki, məhkəmədən həmin qərar ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Barəsində qərar çıxarılmış X9 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi və ərizənin təmin olunmasını xahiş etmişdir. Mingəçevir şəhər Yol patrul xidməti inspektoru X8 məhkəmə iclası zamanı protokolun dəlilərini müdafiə etdi və bildirdi ki, video görüntüdə də görünür ki, X9 yol nəqliyyat qaydasını pozmuşdur. Belə ki, o, qarşısında olan yol işarəsi məhəl qoymadan digər avtomobili gözləməli olduğu halda gözləmədən getmişdir. X4 barəsində protokol tərtib edilmişdir. Protokol əsasında isə X15 haqqında qərar qəbul edilmişdir. Taksi sürücüsü olduğunu bilsə idi, yazmazdı. Ancaq onu biləndə artıq qərarı yazmış idi. Cərimə 100 manat və 3 bal idi. Öncədən o nişan olmuşdur. Əvvəllər həmin dairə yox idi. Həmin hissədə 2 işarə qoyulub. Bir nişan məlumat kimi digər yol nişanı kimi qoyulmuşdur. Əgər avtomobillərin surəti yüksək olsa idi, hətta toqquşma ehtimalı da var idi. Hesab edir ki, X15 haqqında qərar əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə, 26 iyul 2024-cü il tarixli TP ******* saylı X15 haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan 26 iyul 2024-cü il tarixli, TP ******* saylı X15 haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir və barəsində 100 manat inzibati tənbeh növündə cərimə edilmişdir. İşdə olan DVD-R diskdə olan video görüntüyə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Mercedes Benz E220 CDİ minik markalı 99CP397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanın tələbinə əməl etmədən dayanıb əks tərəfdən həmin yola dairəvi hərəkət zolağı vasitəsilə keçid etmək istəyən avtomobilləri gözləməli olduğu təqdirdə gözləmədən ötüb keçmişdir. Bununla da yolayrıcını keçmə qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 26 iyul 2024-cü il tarixində, saat 16:07-də "Mercedes Benz E220 CDİ minik” markalı avtomobil ilə yolayrıcını keçmə qaydasını pozulması əsası gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X3 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, əksinə məhkəmə iclası zamanı CD-diskdəki video görüntüyə baxış zamanı müəyyən edildi ki, X3 yol nişanının tələbinə əməl etməmiş və bununla da yolayrıcını keçmə qaydalarını pozmuşdur. X2 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Mingəçevir şəhər Yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-504/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-504/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver