Məhkəmə qərarları › İş №3(051)-506/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-506/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-506/2024 07.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Tər-Tər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri 20 yanvar küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və onlarla mübahisə yaratmmış və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, kafedə olmuşdur. O kafedə olarkən səs-küy düşmüş və başqa şəxslər arasında dava yaranmışdır. O da buna görə kafedən çıxmışdır. O, həmin gün bir az içkili olmuşdur. Onun yolun qırağına durmasına səbəb taksi çağırması olmuşdur. Bu zaman onun qarşısında sonradan polis olduğunu bildiyi bir maşın dayanmışdır. O isə kafedəki mübahisəni xatırlayaraq ona hücum etmək istədiklərini zənn etmişdir. Ona görə də qaçmışdır. Polis mülki “Prado” markalı maşında özü isə mülki geyimdə olmuşdur. Ona görə də həmin şəxsin polis olmasını bilməmişdir. O qaçmış sonra isə yıxılmışdır. Beləliklə onu tutmuşlar. Binanın qabağından olduqlarından o səs-küy etmiş və kömək çağırmışdır. Onun koftası, bəlkə onu tutanda cırılmış ola bilər. Bundan sonra isə polis əməkdaşı olan bir polkovnik-leytenant özünü təqdim etdikdən sonra o qaçmadı və tam polisə tabe oldu. Üzərindən həb çıxdığından məhkum olunmuş və qandal qaydalarını pozduğundan həbs olunmuşdur. Hazırda narkotikdən istifadə etmir. Əməlindən peşmandır. Ona yüngül tənbeh verilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Mingəçevir şəhəri 20 yanvar küçəsində cinayət axtarış bölməsinin əməkdaşları ondan yolun qırağında dayanmasından şübhələnərək ona yaxınlaşdıqlarında Şəxs onlara tabe olmamış və qaçmağa başlamışdır. Bundan polis əməkdaşları onun arxasınca gedərək onu yaxalamışlar. Həmin vaxt onun sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla da o, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğurluğun çoxaldığını bildikləri bir ərazidə xidmətdə olarkən şübhəli görünən bu şəxsə yaxınlaşdılar. O isə qaçmağa başladı. Sonra onu yaxaladılar. Qanuni tələbə tabe olmadı və onlara güc göstərməyə çalışdı. Bilərək öz telefonu yerə atdı və telefonu qırıldı. O, araşdırmışdır. Həmin kafedə heç bir dava olmamışdır. Narkotiklə bundan qabaq bir dəfə tutulmuşdur. Narkotikdən hələ də istifadə edir. Şəxs onu tanımış və tanıdığı üçün qaçmışdır. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, bu gecə 2-ə işləmiş radələrində xidmətdə olarkən şəxs yolun qırağında özünü şübhəli aparmışdır. Belə ki, şəxs və bir neçə nəfər yığışmışdılar. Həmin şəxsin o tərəfdəki ünvanda yaşmadığını bilirdilər. Ona yaxınlaşdıqlarında şəxs qaçamağa başlamışdır. Onlar öz vəzifələrini yerinə yetiriblər. Belə ki, bir neçə nəfər bir yerə toplaşdıqda onlara yaxınlaşmaq onların vəzifə borcudur. Şəxs onları gördükdə qaçmışdır. Onlar orada olduğu müddətdə kafedə dava olmayıb. Şəxsə polis olduqlarını demişlər. Lakin şəxs buna baxmayaraq qaçmışdır. Şəxsin 5 metrinə gəlmişlər. Şəxs qaçmağa başlamışdır. “Polis dayan!” söyləsələrdə, o qaçmağa davam etmişdir. İşə əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 807 nömrəli, 07 avqust 2024-cü il tarixli protokolundan görünür ki, Şəxs inzibati xətanı törədərkən orta dərəcəli sərxoş olmuşdur. İşə əlavə olunmuş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 01:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal yoxdur. Şəxs inzibati xətanı törədərkən sərxoş halda olması məsuliyyətini ağırlaşdıran haldır. Ona görə də məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən, saat 01:35-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar