Məhkəmə qərarları › İş №3(051)-508/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-508/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-508/2023 14.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Şəxs Əlrza qızı barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ : Mingəçevir Şəhər Məhkəməsinə Şəxs Əlrza qızınun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Əlrza qızı xx.xx.2023-cü il tarixdə, saat 13:00 radədəlrində Sima İsgərdərova digər gəlini Şəxs Əlrza qızı ilə birlikdə Sima İsgərdərovanın işlədiyi Mingəçevir şəhəri M.Maqomayev prospektində yekrləşən meyvəztərəvəz satdığı mağazada olan zaman şəxs münasibətlər zəminində Ülkər Əsədova mağazaya daxil olan zaman tərəflərin arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Sima İsgərdərova və Şəxs ilə Ülkər Əsədova bir-birinə qarşı nalayiq ifadələr işlədərək, qarşılınqlı olaraq, bir-birilərinin bədənlərinin müxtəlif nahiyələrinə fiziki güc tətbiq edərək, bir-birilərini döymüşlər. İnzibati xəta haqqında materiala məhkəmə iclasında baxarkən müəyyən olundu ki, inzibati xəta haqqında protkol tərtil edilməsi üçün əsas olan «cinayət iş başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nn təhqiqatçısının 16 may 2023-cü il tarixli qərarı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü l tarixli 6(050)-9/2023 saylı qərarı ilə ləğv edilmiş və material tam və hərtərəfli araşdırılması üçün Mingəçevir şəhər PŞ-nə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protkol tərtil edilməsi üçün əsas olan «cinayət iş başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nn təhqiqatçısının 16 may 2023-cü il tarixli qərarı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü l tarixli 6(050)-9/2023 saylı qərarı ilə ləğv edildiyi üçün inzibati xəxa haqqında protokol natamamdır və baxılması və tamamlanması qeyri mümkündür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərəəməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlaraəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Əlrza qızınun barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 02 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılsın. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar