Məhkəmə qərarları › İş №3(051)-513/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-513/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-513/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Barəsində qərar qəbul edilmiş X3 və Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi X4 iştirakı ilə Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair 31 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış vəzifəli şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 31 may 2023-ci il tarixli MN ******* inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 şəhər İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 31 may 2023ci il tarixli MN 147856 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icrata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, AR İXM-nın 189-cu maddəsi ilə təqsirli bilinərək, o, AR İXM-ııin 189-cu maddəsi ilə təqsirli bilinərək, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarına əsasən 100 (yüz)manat inzibati cərimə olunmuşdur. Bildirir ki, Mingəçevir şəhər İcra Hakimiyətinin həmin qərarına əsasən guya o, övladı X12ma nəzarət etməmişdir. Lakin bu belə deyildir. O, övladı üçün çalışmışdır. Qeyd etmək istəyir ki, o, heç bir yerdə işləmir. Çətinliklə olsa da ailəni dolandırır. Özü xəstədir, daima müalicələ ehtiyacı var. Daima müalicələr içindədir. Çətinliklə dolanır. Bundan əlavə olaraq, onun 100 manat cəriməni ödəməyə maddi imkanı da yoxdur, həmin cəriməni ödəsə, bu onun acınacaqlı vəziyyətinə gətirib-çıxara bilər. Ona görə də bütün bu halları nəzərə alaraq ona köməklik göstərilməsini xahiş edir. Bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Barəsində qərar qəbul edilmiş X7 məhkəmə iclasında bildirdi ki, həqiqətən də qızı X8 baxa bilmir və onu idarə edə bilmir. Qızı onun sözlərinə qulaq asmır və tez-tez içki qəbul edir. Onunla tez-tez mübahisəsi olur, əvvələr daha çox dalaşırdılar və hətta qızı əvvəllər onu üz nahiyəsindən vurmuşdur. O, dəfələrlə aidiyyəti qurumlara qızına baxa bilmədiyini və ondan imtina etdiyini bildirsə də, bir nəticəsi olmamışdır. verilməsini xahiş etdilər. Qərarından şikayət verilmiş Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi X10 məhkəmə iclasında bildirdi ki, X3 barəsində İXM-nin 189.4-cü maddəsi ilə inzibati material Mingəçevir şəhər prokurorluğu tərəfindən Mingəçevir şəhər icra hakmiyyətinə göndərilmiş, Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyan da inzibati materiala baxılaraq X7 qeyd edilən maddəyə əsasən 100 manat inzibati cərimə olunmuşdur. Əlavə araşdırma aparılmamışdır. Hesab edir ki, qərar qanunidir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 31 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 övladına nəzarət və tələbi həyata keçirmədiyinə görə Mİngəçevir şəhər prokurorluğunda araşdırılması aparılan inzibati xəta haqqında iş üzrə 89/C-23 saylı materiala əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılması qərar alınmışdır. Mİngəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının MN/1478566 saylı, 31 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-in 189.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 (bir yüz) manat cərimə olunmuşdur. İşdə olan arayışdan görünür ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli 08 nömrəli iclasında baxılmış və müvafiq qərar qəbul edilmiş, İnzibati xəta törətmiş vətəndaış valideyini (X9) Azərbaycan Respublikası İXM-nın 189.4-cü maddəsi ilə 100 manat cərimə edilmişdir. İşdə olan 24 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəraradan görünür ki, X2 said nahiyyəsini kəsərək intihara cəhd etməsi ilə bağlı Mingəçevir şəhər prokurorluğundan toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 27 aprel 2023-cü il tarixli 365 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X11 27 aprel 2023-cü il tarixdə sərxoş vəziyyətində olmuşdır. İşdə olan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin verdiyi 16 may 2023-cü il tarixli, ekspertiza rəyindən görünür ki, X6 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol said nahiyyəsində yaralar kəsici əşyanın təsirindən əməl gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcələri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 189.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. 189.4-cü maddəsinə əsasən bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Günəşli Bağ massivi küçə 14-də yaşayış nömrəsi olmayan mənzildə yaşayan X7 övladı yetkinlik yaşına çatmayan 26 yanvar 2008-ci il təvəllüdlü X6 tərbiyəsi və təlimini üzrlü səbəb olmadan yerinə yetirməməsi və sonuncunun spirtli içki qəbul etməsi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsinin dispozisiyasını şərtləndirən hal baş vermişdir. Buna görə də Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair 31 may 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair 31 may 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 31 may 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanısın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar