Məhkəmə qərarları › İş №3(051)-514/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-514/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-514/2022 22.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 iştirakı ilə, xx xxxxxxx 1953-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhərinin M.Füzuli küçəsindəki 23 saylı evin 3 saylı mənzilinin mülkiyyətçisi olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs 21 iyul 2022-ci il tarixdə Mingəçevir şəhərinin M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilində Zərərçəkmiş şəxs sağ qolunu sıxmaqla onu döymüşdür. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, ilk əvvəl qeyd olunan mənzil mərhum atası X6 mülkiyyətində olmuşdur. Atası hələ sağlığında həmin evi ona vəsiyyət etmişdir. X15 01 yanvar 1995-ci ildə, anası X7 isə 31 mart 1992-ci ildə rəhmətə getmişlər. Bundan sonra özü atasının tək varisi kimi miras əmlakı qəbul etmiş və hazırda həmin mənzil onun mülkiyyətindədir. Buna baxmayraq mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Zərərçəkmiş şəxs yaşayır. 21 iyul 2022-ci il tarixdə həyat yoldaşı Tamara Yermolayeva ilə birlikdə öz mülkiyyətində olan mənzilə gedib yaşamaq istəyən zaman, Zərərçəkmiş şəxs onu küçə söyüşləri ilə söyüb təhqir etmiş, onu qeyd olunan mənzilə buraxmamışdır. Bu azmış kimi Zərərçəkmiş şəxs həmin vaxt Tamara Yermolayevanın qolundan tutub itələmiş, onu söyüb təhqir etmişdir. Özü həmin vaxt Zərərçəkmiş şəxs əlini belə vurmamış, onun qolundan tutmamış və onu döyməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tərcüməçi vasitəsilə dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə həyat yoldaşı Şəxs ilə birlikdə Telmanın mülkiyyətində olan mənzilə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs Şəxs küçə söyüşləri ilə söyüb təhqir etmiş, onu qeyd olunan mənzilə buraxmamışdır. Bu azmış kimi Zərərçəkmiş şəxs onun qolundan tutub itələmiş, onu söyüb təhqir etmişdir. Şəxs həmin vaxt Zərərçəkmiş şəxs qolundan tutmamış və onu döyməmişdir. Əksinə Zərərçəkmiş şəxs onları söyüb təhqir etmiş, özünün qolundan tutub itələmişdir. Mingəçevir şəhər Polis Şöbəsində araşdırma zamanı şahid qismində izahatı alınmış və telefon vasitəsi ilə əlaqə saxlanılmış X12 göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə qonşusu Telman özünə məxsus mənzilə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Şəxs və onun yanında olan, adını sonradan bildiyi Tamara adlı qadını söyüb-təhqir etmişdir. Özü həmin vaxt Telman və Tamara adlı qadınla birlikdə Şəxs məxsus, Mingəçevir şəhərinin M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinin qarşısında olmuşdur. Həmin vaxt Telman və ya Tamara adlı qadın Zərərçəkmiş şəxs döyməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan 22 iyul 2022-ci il tarixli 438 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – sağ bazuda qancır və gicgah nahiyyəsində hematoma küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan Mingəçevir şəhər X10 Bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs və X3 əməlində cinayət tərkibi olmadığında cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili Şəxs mülkiyyətindədir. Məhkəmə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 23 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi, özünün və şahidlərin izahatları ilə təkzib edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin bədən səthində aşkar edilmiş xəsarət ekspert rəyində göstərilsə də, həmin xəsarətin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs isə məhkəmə iclaslarına gəlməmiş, Mingəçevir şəhər Polis Şöbəsində yalnız öz izahatında göstərdiyi dəlillərə əsaslanaraq barəsində protokol tərtib edilmiş şəxsin ona xəsarət yetirməsini bildirməklə kifayətlənmişdir. Təhqiqat orqanı tərəfindən isə heç bir əlavə sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Buna görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 157-ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–in 157–ci maddəsinin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası İXM–nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar