Məhkəmə qərarları › İş №3(051)-515/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-515/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-515/2022 17.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X3 və onun qanuni nümayəndəsi X4, Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının X7 iştirakı ilə xx.xx.1993–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə az yaşlı oğlu X5 yumruqla onun sağ ürək nahiyyəsinə vuraraq qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində göstərdi ki, Ruslan Cəfərovla 2011-ci ildə ailə həyatı qurmuşuq. Birgə nikahdan bir uşağımız var. 2020-ci ildə ailə münasibətimiz alınmadığından R.Cəfərovla ayrılmışıq. MŞM. 2012ci il tarixli Qətnaməsi ilə uşağın mənim himayəmdə qalması qət edilmişdir. Elə həmin vaxtdan mən oğlumla birlikdə anama məxsus 20 Yanvar küçəsi ev 35, mənzil 4 ünvanında yerləşən mənzildə yaşayıram. Ayrıldıqdan sonra mütəmadi olaraq mənə şər atır. Uşağı müxtəlif vədlərlə ələ alır və mənə qarşı yönəldir. Uşaqla rahat yaşamağımıza imkan vermir. Dəfələrlə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə şikayət edib. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsindən araşdırılıb şikayət lakin əsassız sayılıb. Qətnamə ilə uşağın atası ilə görüşü hər həftənin 6-cı günləri nəzərdə tutulub. X2(atası) istədiyi vaxt uşağı ilə görüşmüş və istədiyi vaxt özü ilə birgə Ağdaş şəhərinə aparmışdır. Məndə buna qarşı durmamışam çünki özümdə atasız böyüdüyüm üçün uşağımın ata nəvazişindən kənar qalmasını istəmirəm. Sonuncu dəfə oğlum Rəhman atası Ruslanın yanından gəldikdən sonra atasının mənim haqqımda xoşagəlməz ifadələr işlətməsini söylədi. Bu səbəbdən oğlum Rəhmanın atası Ruslanla görüşməsini azaltmaq istəmişəm. Buna görə də xx.xx.2022-ci il tarixdə səhər saatlarında işə gedərkən oğlum Rəhmana mənzilin qapısını heç kəsə açmamasını tapşırmışam. Həmin gün Ruslan Cəfərov mənim yaşadığım mənzilə gələn zaman oğlum Rəhman mənzilin qapısını açmamış, buna görə də Ruslan Cəfərov əsəbləşərək DİN-nin 102 zəng mərkəzinə yalandan mənim oğlum Rəhmanı döyməyimlə bağlı məlumat vermişdir. Həmin ünvana gələn polis əməkdaşlarına oğlum Rəhman döyülməməsini və heç bir xəsarətinin olmamasını bildirmişdir. Ancaq sonrada Ruslan Cəfərli oğlum Rəhman Cəfərlini öyrədib döyülməsini söyləməyini təkid etmiş və buna görə də oğlum Rəhman Cəfərli polis şöbəsində mənim tərəfimdən döyülməyi ilə bağlı ifadə vermişdir. Hər ana kimi tənbeh və tərbiyə məqsədilə uşağımı döymüşəm. Ancaq qeyd olunduğu kimi xəsarətlər yetirməmişəm. X8(atası) artıq iki həftədir ki, xx.xx.2022-ci il tarixdən mənim razılığım olmadan uşağı aparmışdır. Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edəndə isə “uşağın atasıdı aparıb burda problem yoxdur” cavabını almışam. xx.xx.2022-ci il tarixdə Polis Şöbəsinə getmişəm. Lakin nəticə olmayıb. Daha sonra xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya şəbəsinə gedib bu haqda məlumat vermişəm. İcra Şöbəsində uşaqla əlaqə saxlamışlar danışmışam. İşdə olan ekspert rəyinə Polis Şöbəsində olarkən öz etirazımı bildirmişəm və hal-hazırda da etirazımı bildirirəm. Odur ki, məhkəmədən izahatımda deyilənləri nəzərə alıb inzibati xəta haqqında protokola xitam verməyinizi xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil müdafiəçisi olduğu şəxs barəsində inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, anam məni mütəmadi olaraq döyür. Ən çox belimə yumruq zərbələri ilə vurur. “Whatsapp” mesajları göndərməmişəm. Anam telefonda Nurlan adında oğlanla danışır. Nurlanın şəklini mənə göstərib dedi ki atan səni çox istəmir başqa uşaqların əlindən tutub gedir. Həmin gün məhlədə oynadım evə gələrkən anam dedi ki Nurlan atanı bıçaqlayıb, atan xəstəxanada Nurlan isə Polis Şöbəsindədir. Mən anama başqa oğlanla danışmamağı irad tutanda anam məni gecələr döyür. Atam məni bir dəfə söyüş söydüyümə görə yavaş vurub öz günahımdan. Ancaq anam isə hər dəfə başqa oğlana görə döyür məni. Atamla yaşamaq istəyirəm. Zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X8(atası) məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin qətnaməsinə əsasən mən hər həftənin 6-bazar günü uşaqla görüşmək hüququm var. Dəfələrlə olub ki uşağı mənə göstərməyiblər. Mən bu haqda İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məlumat vermişəm, lakin işin onlara getmədiyini mənə bildiriblər. Mən Ağdaş şəhəri ilə Mingəçevir şəhəri arasında taksi fəaliyyəti ilə məşğulam. Dəfələrlə olub ki, Şəxs yaşadığı binanın qabağından keçərkən uşağın məhlədə tək başına, üst başının kirli olduğunu görmüşəm. Uşaqdan soruşanda evdə heç kimin olmadığını, yemək belə yemədiyini bildirib. Bundan sonra uşağı götürüb aparmışam yemək almışam. Ağdaşdan gələrkən yenə həmin binanın qabağından keçərkən uşağın yenə həmin ki vəziyyətdə məhlədə oynadığını gördüm. Uşaq mənə yaxınlaşdı və anasının mənim şəklimi Nurlan adlı şəxsə göndərdiyini dedi. Bundan sonra mən həmin o Nurlan adlı şəxsi tapdım və ondan soruşarkən Şəxslə aralarında münasibət olduğunu bildirmişdir. Bu barədə Ayselə öz iradlarımı bildirmişəm. Mən axırıncı dəfə xx.xx.2022-ci il tarixdə gəldim, Şəxs anası Cəfərova Sevinc uşağı mənə göstərmədi. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində az yaşlı oğlum Rəhman Cəfərlini görmək üçün onun yaşadığı ünvana gedərkən oğlum mənə qapını açmadı və mən də bundan narahat olub həmin vaxt narahat olub DİN 102 zəng mərkəzinə məlumat vermişəm. Polis əməkdaşları gələndə oğlum Rəhman Cəfərli qapını açdı və anasının onu döymədiyini bildirdi. Buna görə mən də uşağa inanıb həmin gün şəhər polis şöbəsinə gedib oğlumun döyülməməsi ilə bağlı ərizə ilə müraciət etmişəm. xx.xx.2022-ci il tarixdə oğlum Rəhmanla yenidən görüşəndə oğlum Rəhman xx.xx.2022ci il tarixdə günorta radələrində anası Şəxs tərəfindən döyüldüyünü söylədi. Bundan sonra mən yenidən Polis şöbəsinə gedib bu barədə məlumat vermişəm. Polis şöbəsində uşağın koftasını soyundurub baxanda sağ kürək nahiyəsində göyərti və boyun nahiyəsində qızartı olduğunu gördüm, buna polis əməkdaşları da şahid oldular. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə yetkinlik yaşına çatmayan uşağı döydüyü üçün ağır cəza verilməsini məhkəmədən xahiş edirəm. Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məsələnin həllini məhkəmənin səlahiyyətinə buraxdığını bildirdi. İşdə olan xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan 17 avqust 2022-ci il tarixli, MN seriyalı 164597 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və PA Birliyinin xx.xx.2022-ci il tarixli, 444 saylı rəyində göstərilmişdir ki, X3 tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sağ kürək nahiyyəsində qançır, küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilimə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa zərər vurma dərəcəsi təyin olunmur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs az yaşlı oğlu X5 yumruqla onun sağ ürək nahiyyəsinə vuraraq qəsdən döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Lakin onun əməlində məsuliyyəti ağırlaşdıran hal əməlin yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsidir və bu hala görə ağır cəza yəni İXM-in 157-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş inzibati həbs cəzasının verilə bilməməsi səbəbi İXM 30.2-ci maddəsinə əsasən himayəsində 14 yaşınadək uşağı olan qadınlara həbs cəzası tətbiq edilə bilməməsidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmənin qətnaməsi ilə X1 Aysel Həsrət qızının himayəsinə verilmişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti həm yüngülləşdirən halın, həm məsuliyyəti ağırlaşdıran halın olmasını, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən.imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar