Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-515/2024 28.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində qərar çıxarılmış: X7 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X8 iştirakı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin şəxsinin 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin vəzifəli şəxsinin şəxsinin 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin vəzifəli şəxsinin şəxsinin 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, X3 olmaqla vergi ödəyicisidir. X15 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından narazıdır. X15 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati qərarı ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə həlmişdir. X15 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati qərarından narazıdır və qərar həmişəki kimi formal qaydada yazılmış və iş üzrə araşdırma aparılmadan qərar qəbul olunmuşdur. Sözügedən qərar qanuna müvafiq deyil və qərarda göstərilmiş məlumatlar yanlışdır. Belə ki, ümumiyyətlə qərar yazılmamışdan əvvəl protokol tərtib edilməlidir və protokolla onlar razılaşmadıqda birmənalı olaraq müəyyən vaxt təyin olunmalıdır. Bundan sonra araşdırma aparılmaqla qərar çıxarılmalıdır. Lakin ondan heç bir izahat alınmamış, sözügedən məsələ ümumiyyətlə araşdırılmamış və o cərimələnmişdir. Bundan əlavə işin mahiyyətindən danışanda qeyd etməlidir ki, o, "xxxx" Kiçik Müəssisəsinin direktorudur. Ona yazılmış qərardan cərimədən narazı olmağının səbəbi sözügedən hadisələrdə təqsirinin olmaması və onun əməlində inzibati xəta tərkibinin olmamasıdır. Sözügedən qərarda göstərilmişdir ki, guya o, X9 ilə əmək müqaviləsi bağlamadan onu ona işlər gördürmüdür. Bu səbəbdən də onun barəsində qərar çıxmış rəhbərlik etdiyi hüquqi şəxs barəsində isə protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Lakin aşağıda qeyd edəcəyi faktlarla cərimələnməyinin əsassızdır. Bildirir ki, qərarda adı qeyd edilmiş X9 onun işçisi olmayıb və işçisi deyil. Belə ki, X9 onun xidmət müqaviləsi ilə yük daşınma işlərini həyata keçirən X11 işçisidir. Belə ki, o, 01 yanvar 2024-cü ildə X16 ilə xidmət müqaviləsi bağlamaqla ona məxsus yüklərin (tikinti materialları, beton məmulatları və s.) onun və onun işçilərinin yük avtomobilləri ilə daşınmalıdır. X9 ilə X16 arasında əmək müqaviləsi bağlanmışdır. X16 ilə onun arasında xidmət müqaviləsi mövcuddur. Sözügedən xidmət müqaviləsi qanuna müvafiq olmaqla onun ona olan ödənişləri yalnız elektron qaimə əsasıda olmuş və ödəniş tapşırıqları ilə öz əksini tapmışdır. Bunu əks etdirən sənədləri iş materiallarına əlavə etmişdir. Bundan əlavə bildirməlidir ki, onunla yük daşımaları üzrə icraçı oln X16 arasında bu cür işgüzar razılaşma uzun illərdir və bunu elektron qaimələrlə açıq aydın görmək mümkündür. İş materiallarına sözügedən müqavilərlə bərabər X9 ilə X16 arasında bağlanmış əmək müqaviləsini əlavə edir. Bunun səbəbi onun işçisi olmayan bir şəxsi onun işçi kimi qeydiyyata salmamamığıdır. Xidmət müqaviləsi və ya podratçıların işçilərinin əmək müqaviləsi ilə işə götürülməsi qanuna uyğun deyil. Protokolun tərtib edilməsinə səbəb kimi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqi əsas gətirsələr də həmin X2 işçisi olması və hansı səbəbdən həmin ərazilərdə olması qərəzli olaraq nəzərə alınmamışdır. İlk öncə onu bildirməlidir ki, həmin şəxsi portala onlar yox, başqa bir müəssisə saldırmışdır. Həmin məsələnin hansı qaydada olmasını məhkəmə iclasında aydınlıq gətirəcək. Bu məsələnin qeyd edilməsi çox sadə bir yanaşmadır. Şikayətinivə yazılan qərarın qanuniliyinin sübut olunması onun vəzifəsi olmasa da, dəqiq görünən odur ki, onun barəsində olan məsələ qərəzdir və heç bir araşdırma aparılmamışdır. Sadəcə bu cür məsələlərlə onun kimi sahibkarların hüquqları pozulmaqdadır. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin vəzifəli şəxsinin şəxsinin 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X7 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X14 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, "xxxx" həm hüquqi şəxs kimi protokolu verilib, həm də onun vəzifəli şəxsi cərimə edilib. Mahiyyətcə eyni işdir. "xxxx" kiçik müəssisəsi tərəfindən X9 üçün icazə alınması şübhələr doğurur. O səbəbdən də protokol tərtib olunub qərar qəbul edilmişdir. Ona görə də məhkəmədən X7 şikayətinin heç bir hüquqi əsasının olmadığına görə şikayəti təmin etməyərək, X15 Xidmətinin 25 iyul 2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarını qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin nümayəndəsi və vəkilinin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də X13 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmıışdır. İşdə olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 işəgötürən X16 tərəfindən xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla ixtisassız fəhlə, torpaq işləri; fəhlə vəzifəsinə götürülmüşdür. İşdə olan 11/06 №li, 01 yanvar 2024-cü il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı sahibkar X16 ilə sifarişçi "xxxx" kiçik müəssisəsi arasında xidmət müqaviləsi bağlanmışdır. İşdə olan "xxxx" ASC-nin 07 №li, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" kiçik müəssisəsi X11 hesabına 6600 manat məbləğində pul köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin 16 №li, 12 fevral 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" kiçik müəssisəsi X11 hesabına 12368 manat məbləğində pul köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin 01 №li, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" kiçik müəssisəsi X11 hesabına 9086.50 manat məbləğində pul köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin 03 №li, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" kiçik müəssisəsi X11 hesabına 4608 manat məbləğində pul köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin 29 №li, 05 mart 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" kiçik müəssisəsi X11 hesabına 7500 manat məbləğində pul köçürmüşdür. İşdə olan AZE MİS portalından çıxarışdan görünür ki, X13 "xxxx" kiçik müəssisəsində sərəncamverici direktor, müəssisə/tikinti vəzifəsində çalışır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (101.1). İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir (101.2). Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərarın tərtib olunma əsasları X9 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən işçi X1 müəssisəsinin direktoru X13 ilə hər hansı bir əmək münasibətinin yaranması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da işçinin həmin müəssisənin direktoru ilə hər hansı əmək münasibətinin yaranması iş materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi əməldə inzibati xətanın tərkibinin yaranması üçün Torqut kiçik müəssisəsinin direktoru X7 hərəkətlərindən zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. Eyni zamanda Torqut kiçik müəssisəsinin direktoru X7 hərəkətləri nəticəsində hər hansı ictimai münasibətlərə ziyan vurulması halı da müəyyən olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, müfəttişlik inzibati tənbeh vermə haqqında qərarında Torqut kiçik müəssisəsinin direktoru X10 X9 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edərək inzibati xəta törətdiyini göstərmiş və onun barəsində 3000 manat məbləğində cərimə tənbeh növü müəyyən etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X9 ilə işəgötürən X16 xx.xx.2024-cü il tarixdən müddətsiz əmək müqaviləsi bağlamışdır. Həmçinin xidmət müqaviləsi ilə icraçı sahibkar X16 ilə sifarişçi "xxxx" kiçik müəssisəsi arasında xidmət müqaviləsi bağlanmışdır. Buradan da aydın olur ki, "xxxx" kiçik müəssisəsinin direktoru X13 ilə X9 arasında əmək münasibətləri olmamışdır. X9 "xxxx" kiçik müəssisəsində əmək münasibətlərində olmamış və işəgötürən sahibkar X11 "xxxx" kiçik müəssisəsi ilə arasında bağlanmış olan xidmət müqaviləsinə əsasən işlər görmüşdür. Buna görə də məhkəmə hesab edir ki, X7 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1 -ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə verilmiş şikayət iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin şəxsinin 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsasları ilə xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. "xxxx" kiçik müəssisəsinin sərəncamverici direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin şəxsinin 25 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-515/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-515/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver