Məhkəmə qərarları › İş №3(051)-516/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-516/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-516/2022 19.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə xx.xx.1984-sü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri Kənar küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən məhkəməyə Şəxs 08 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanda X2 qarşı kobud ifadələr işlədərək xırda xuliqanlıq kimi inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək məhkəmə iclasında göstərdi ki, o, qeyd olunan ünvanda yaşayır. X1 ilə 2005-ci ildə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından bir evladları olmuşdur. Onların münasibətləri pisləşdiyi üçün aralarında olan nikah pozulmuşdur. Rasilə ona qarşı mülki iddia qaldırmış və məhkəmə onun mənzilə köçürülməsini təmin etmişdir. xx.xx.2022-ci il tarixdə icra məmuru evə köçürülmə edən zaman Salmanova Xədicə ona aid mülkə keçmişdir. Həmin zaman onu təhqir etmiş və onu tüpürmüşdür. Lakin o heç kimi təhqir etməmiş, nalayiq ifadələr işlətməmişdir. X4 təhqiramiz sözlərlə təhqir etmişdir. Odur ki, bunları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 15 sentyabr 2013-cü il tarixdə saat 21:00 radələrində Şəxs 08 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanda X2 qarşı kobud ifadələr işlədərək xırda xuliqanlıq kimi inzibati xəta törətməsi ilə bağlı mübahisə etmiş və bir birlərini təhqir etmişdirlər. Onların səs-küyünün digər şəxslər tərəfindən eşidilməsini təsdiq edən sənədlər işdə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. İctimai qaydanı pozma anlayışı xuliqanlığın bir qayda olaraq ictimai yerlərdə, yəni ictimai idarə və müəssisələrdə, kafedə, nəqliyyatda və.s törədilməsi nəzərdə tutulur. Şəxsi münasibətlər zəminində evdə, mənzildə, ailədə, ictimai olmayan yerlərdə tanışların dairəsində zərərçəkmiş şəxsi döymə, təhqir etmə, onun sağlamlığına zərər vurma və.s kimi hərəkətlər və yaxul evdə telefon vasitəsi ilə təhqir etmə xuliqanlıq kimi tövsif oluna bilməz və bunun üçün səbəblər olduqda müvafiq qanunvericiliyin şəxsiyyət əlehinə cinayətlərə görə məsuliyyt nəzərdə tutan müvafiq maddələri ilə tövsif edilir. İş materiallarından da görünür ki, Mingəçevir şəhər polis şöbəsi bu halları nəzərə almadan Şəxs barəsində Azərbayjan Respublikasının İnzibati Xətalar Məjəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. Odur ki, inzibati məsuliyyətə cəlb edilmiş Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbayjan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının İnzibati Xətalar Məjəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-ji maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbayjan Respublikasının İnzibati Xətalar Məjəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar