Məhkəmə qərarları › İş №3(051)-517/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-517/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-517/2023 03.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru: X3, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Kəlbəcər rayonu, Qılınclı ərazi dairəsi, Qılınclı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, borclu Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1800 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi üçün bildiriş edilməsinə baxmayaraq icrasını üzrlü səbəb olmadan təmin etməmişdir. Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X6 oğlu məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs 1800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçı X1 verilməsi verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə ondan 1800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçı X1 verilməsi verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti kifayət etmədiyindən borcunu ödəyə bilməmişdir. Bununla belə borcundan bir hissə tələbkara qaytarmışdır. Qalan hissə borcuna münasibətdə isə tələbkarla borcunu gələcək aylarda ödəyəcəyi barədə razılığa gələ bilmişlər. Ona görə də məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X2 ilə telefonoqram vasitəsi ilə əlaqə saxlandığı zaman o bildirmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs 1800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi verilməsi qət edilmişdir. Lakin borclu borcunu ödəmək öhdəliyindən yayınırdı. Hazırda isə borcundan bir hissə ödəmi və qalan borcunu ödəməyi vəd etmişdir. Borclu ilə razılığa gəlmişlər. Məhkəmədən icraatda olan işə xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 1800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçı X1 verilməsi verilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1622/2021 saylı tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1622/2021 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi tələb olunmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, borclunun borcunu ödəməyə maddi imkanı olmamışdır. Hal-hazırda borcundan bir hissə ödəmiş və qalan borcunu ödəyəcəyini vəd etmişdir. Tələbkar isə bununla razılaşmışdır. Bu da ona əsas verir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Lakin icra məmuru bu halları araşdırmadan onun tələbini borclu tərəfindən qəsdən olmaması araşdırılmadan məhkəməyə təqdimat vermişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar