Məhkəmə qərarları › İş №3(051)-519/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-519/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-519/2024 18.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Borclu Şəxs iştirakı ilə xx.xx.1960-cıil tarixdə Ağdaş rayonu, Üçquvaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1032/2021 saylı icra vərəqəsi üzrə yaranmış 9421.72 ABŞ DOLLARİ borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1032/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tаrixli, 2(051)-52/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Şəxs 21.956,91 ABŞ dolları məbləğdə əsas, 9.958,93 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 31 915.84 (otuz bir min doqquz yüz on beş beş ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi üzrə; dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Şəxs alınıb ASC «Xalq» Bankının xeyrinə ödənilməsi, iş üzrə mütəxəssis rəyinin xərci olan 100 manat cavabdeh Şəxs alınaraq "xxxx" MMC-nin büdcəsinə, 245 manat məhkəmə mühasibatlıq espertizasının xərcinin 145 manatı cavabdeh Şəxs, 100 manatı isə iddiaçı ASC “Xalq” Bankından alınaraq dövlət büdcəsinə (AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа) ödənilməsi, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh X1 tam mülkiyyət hüququ üzrə məxsus olan və qiymətləndirici tərəfindən likvid dəyəri 40.000 (qırx min) manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 31 915.84 (otuz bir min doqquz yüz on beş beş ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manatın, həmçinin mütəxəssis rəyi üçün ödənilmiş 100 manat xərcin, ekspertiza xərci olan145 manatın ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan əmlaka (mənzilə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Şəxs, X4 və X2 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılmaları və ev boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləğini ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə borclu tərəfindən ödəniləcək olan 9421.72 ABŞ DOLLARİ borcundan 1200 USD, 1200 USD, 1200 USD ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1032/2021 saylı icra vərəqəsi üzrə 9421.72 ABŞ DOLLARİ borcu yaranmışdır. Maddi cəhətdən çətinlik çəkir, ona görə borcunu ödəyə bilməmişdir. Bununla belə borcunu ödəməkdən boyun qaçırmır, işə baxılarkən, 1200 USD, 1200 USD, 1200 USD, 3000 USD və 2882 USD olmaqla, cəmi 9482 USD ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)- 1032/2021 saylı icra vərəqəsi üzrə 9421.72 ABŞ DOLLARİ borcu yaranmışdır. Borclu tərəfindən mövcud borcundan 1200 USD, 1200 USD, 1200 USD, 3000 USD və 2882 USD olmaqla, cəmi 9482 USD ödəniş edilmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1032/2021 saylı icra vərəqəsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019cu il tаrixli, 2(051)-52/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Şəxs 21.956,91 ABŞ dolları məbləğdə əsas, 9.958,93 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 31 915.84 (otuz bir min doqquz yüz on beş beş ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi üzrə; dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Şəxs alınıb ASC «Xalq» Bankının xeyrinə ödənilməsi, iş üzrə mütəxəssis rəyinin xərci olan 100 manat cavabdeh Şəxs alınaraq "xxxx" MMC-nin büdcəsinə, 245 manat məhkəmə mühasibatlıq espertizasının xərcinin 145 manatı cavabdeh Şəxs, 100 manatı isə iddiaçı ASC “Xalq” Bankından alınaraq dövlət büdcəsinə (AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа) ödənilməsi, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh X1 tam mülkiyyət hüququ üzrə məxsus olan və qiymətləndirici tərəfindən likvid dəyəri 40.000 (qırx min) manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 31 915.84 (otuz bir min doqquz yüz on beş beş ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manatın, həmçinin mütəxəssis rəyi xərci 100 manat, ekspertiza xərci 145 manatın ödənilməsi təmin edilməsi, ipoteka predmeti olan əmlaka (mənzilə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Şəxs, X4 və X2 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılmaları və ev boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs borcundan 1200 USD- ekvivalenti 2040 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs borcundan 1200 USD- ekvivalenti 2040 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs borcundan 1200 USD- ekvivalenti 2040 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs borcundan 3000 USD- ekvivalenti 5100 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs borcundan 2882 USD- ekvivalenti 4899.40 manat ödəniş etmişdir. Beləliklə, borclunun və tələbkarın izahatlarını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu maddi cəhətdən çətinlik çəkdiyi üçün birdəfəyə ödəyə bilməmiş, hazırda isə mövcud borcundan 1200 USD,1200 USD, 1200 USD, 3000 USD və 2882 USD olmaqla, cəmi 9482 USD ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar