Məhkəmə qərarları › İş №3(051)-52/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-52/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-52/2022 01.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində olan inzibati iş üzrə cərimələri və dəbbə pullaını ödədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs oğlu inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında qərarın icrasına xitam verilməlidir. Belə ki, işdə olan 07.08.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 09.12.2021-ci il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs oğlu 40 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 24 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 64 manat inzibati cəriməsi yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu 40 manat cərimə, 24 manat dəbbə pulu, cəmi 64 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, işdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs oğlu 07.08.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən müvafiq cəriməni və dəbbə pullunu, yəni 64 manat məbləğində inzibati cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə 15.11.2021-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Azərbaycan Respublikası DİN-in DYPB tərəfindən Şəxs oğlunun barəsində çıxarılmış 07.08.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar