Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-52/2024 01.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1986–cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Kür mehmanxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın qarşısında xüusi icazəsi olmadan dövriyyəsi məhdudlaşdırılmış pirotexniki məmulatları satmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bildi və göstərdi ki, xx.xx.2023-cü il tarixdə keçən ildən alınan müxtəlif cür pirotexniki vasitələri Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın qarşısında satarkən polis əməkdaşları görmüş, onu polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın qarşısında satışı qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. İşə əlavə edilmiş inzibati xətanın törədilməsində aşkar olunmuş əşyaların götürülməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın qarşısında Şəxs “TP100” markalı maddə 1 qutu; “Explosive” maddəsi 1 qutu; “Ground bloom” markalı maddə 1 qutu; “3 partlayan” maddəsi 1 qutu; “2 partlayan” maddəsi 1 qutu; “Big triangle cracker” markalı maddə 1 qutu satışı qadağan olunmuş pirotexniki maddələr aşkar olunaraq götürülmüş və maddi sübut kimi saxlanması üçün onun iştirakı ilə Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. İşə əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2020-ci il tarixdə doğulmuş Nihad və xx.xx.2021-ci il tarixdə doğulmuş Nuray adlı azyaşlı uşaqları vardır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın qarşısında dövriyyəsi məhdudlaşdırılmış olunmuş pirotexniki vasitələri xüsusi icazəsi olmadan satmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, ”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Şəxs isə həmin malların satmasına xüsusi icazəsi olmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs təqsirini etiraf edərək əməlindən peşiman olması, himayəsində 2 nəfər azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamamsını nəzərə alaraq, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş, Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 1 qutu “TP100”, 1 qutu “Explosive”, 1 qutu “Ground bloom”, 1 qutu “3 partlayan”, 1 qutu “2 partlayan”, 1 qutu “Big triangle cracker” markalı dövriyyəsi məhdudlaşdırılmış pirotexniki məmulatlar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-52/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-52/2024
01.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver