Məhkəmə qərarları › İş №3(051)-52/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-52/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-52/2025 27.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, «X7» MMC-nin nümayəndələri X8 və X3 iştirakı ilə, «X7» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X7» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanında yerləşən «X7» MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanıV.Əsmanur və İ.Fərid adlı şəxslərin lisenziyadan kənar “fizioterapevtik” və sertifikatsız iş və fəaliyyət ilə məşğul olmaları faktı aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən «X7» MMC-nin nümayəndəsi X9 bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla razıdır. Belə ki, X1 “fizioterapevt” işində sertifikatı olmasına baxmayaraq lisensiyasız işlədiyini, buna səbəb olaraq da Veysəlova Əsmanurun boşanmaq ərəfəsində olduğu həyat yoldaşının onun diplomunu yararsız vəziyyətə salmasını əsas gətirmiş, klinika rəhbərliyi olaraq isə onun azyaşlı övladları olması səbəbindən lisenziyasız olaraq Veysəlova Əsmanurun işləməyinə icazə verdiklərini bildirərək, yüngül tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən «X7» MMC-nin nümayəndəsi X8 digər nümayəndə ilə eyni məzmunlu izahat verərək, yüngül tənbeh təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edimiş: xx.xx.2024-cü il tarixli MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən «X7» MMC-də keçirilən plandankənar yoxlama zamanıV.Əsmanur və İ.Fərid adlı şəxslərin lisenziyadan kənar və sertifikatsız “fizioterapevtik” iş və fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. xx.xx.2024-cü il tarixdə 712 saylı “özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama” barədə aktından görünür ki, xx.xx.2024-cü il tarixli 3-28-1/3-2- 1274/2024 saylı qərarla ünvan 5 ünvanında yerləşən “X7” MMC-də plandankənar yoxlama aparılmışdır. xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-1274/2024 saylı qərara əsasən, yoxlama suallarının siyahısı tərtib edilmiş, həmin suallar: -013_LA “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunu, xx.xx.1997-ci il, maddə 49.1-Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb edirmi? -015_LA “Özəl tibb fəaliyyəti haqqında” AR Qanunu, xx.xx.1999-cu il, maddə 16 – Özəl tibb fəaliyyəti subyekti tibbi qeydiyyatların aparılmasını təmin edirmi? 024_LA “Əhalinin sağlamlığının qorunması” haqqında AR Qanunu – Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi? xx.xx.2024-cü il tarixdə X10 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə izahat verərək, xx.xx.2024-cü il tarixdən, ona “X7” MMC-də işə götürülmək üçün sınaq müddətinin verildiyini, bu klinikada müalicəvi gimnastika (plates və kiezologiya) ilə məşğul olduğunu, “X18”də 2022-ci ildə 1 aylıq kurs keçdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə X11 (baş həkim) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə izahat verərək, “fizioterapevtik” işi üzrə Veysəlova Əsmanur adlı şəxsin az təminatlı və himayəsində kiçik uşağının olması səbəbindən ona kömək məqsədilə müvəqqəti olaraq klinikada işləməsinə icazə verildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə izahat verərək, klinikaya gələn posientlərə masaj prosedurunu həyata keçirdiyini, Bakı şəhərində “NYMPHA” Kursunda masaj kursu təhsilini aldığını, ailə vəziyyəti ilə əlaqədar olaraq həyat yoldaşı ilə mübahisəli vəziyyətdə olmasını, ayrılmaq ərəfəsində olduqlarını, himayəsində 3 uşağının olması səbəbindən “X7” MMC-də işlədiyini bildirmişdir. X6 ərizə ilə müraciət ünvanlayaraq keçmiş həyat yoldaşı X1 Mingəçevir şəhəri, Nərgiz klinikasında fizioterapevt işlədiyini, lakin onun heç bir diplomu və tibb sahəsinə aid sənədinin olmamasını, Türkiyə Respublikasına getmədən qiyabi şəkildə tibbi sertifikat aldığını, 9 illik attestatla həkim işlədiyini bildirmişdir. xx.xx.2016-cı il tarixli İN/L-1370/2016 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “X7” MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməsinə icazə verilməklə, müddətsiz, 089802 №li lisenziya verilmişdir. xx.xx.2019-cu il tarixli İN/L-1370/2016/2 saylı lisenziyanın əlavəsindən görünür ki, xx.xx.2016-cı il tarixli İN/L-1370/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında “X7” MMC-yə özəl tibb fəaliyyətinin ambulator və stasionar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı göstərilmişdir. xx.xx.2016-cı il tarixli İN/L-1370/2016/1 saylı lisenziyanın əlavəsindən görünür ki, xx.xx.2016-cı il tarixli İN/L-1370/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında “X7” MMC-yə özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı göstərilmişdir. “X7” MMC xx.xx.2015-ci il tarixdə ********** dövlət qeydiyyat № (VÖEN) ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. X2 4 ay müddətində tədris edilən massaj & fizioterapiya kursunda keçirilən dərslərdə iştirak etmiş xx.xx.2024-cü il tarixdə kursu bitirmiş, “NYMPHA” Tədris mərkəzi tərəfindən ona sertifikat verilmişdir. X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Türkiyə Respublikasında 2224 saat “fizioterapiya” təhsilini bitirməsi barədə sertifikat verilmişdir. Tətbiq edilən hüquq: “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunu: Maddə 46. Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsassən İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti lisenziyadan kənar və sertifikatsız X5 və X4 “fizioterapevtik” iş və fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. Məhkəmə araşdırması zamanı «X7» MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-in 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə «X7» MMC-nin İXM-in 215.1 və 215.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18.5, 114-115, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar