Məhkəmə qərarları › İş №3(051)-520/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-520/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-520/2021 09.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 25.05.2021-ci il tarixli EPQ ******* saylı qərarından şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 25.05.2021-ci il tarixli EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 ərizə verərək şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 25.05.2021-ci il tarixli EPQ ******* saylıqərarından verdiyi şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutub Qərara aldı: X2 Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 25.05.2021-ci il tarixli EPQ ******* saylı qərarından şikayəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar