Məhkəmə qərarları › İş №3(051)-521/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-521/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-521/2024 13.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Qərarında şikayət verilmiş Qida X1 X16 nümayəndələri X5 iştirakı ilə, X8 Azərbaycan Respublikasının Qida X1 X16 rəisinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li 11 iyul 2024-cü il tarixli qərarından şikayətinə baxaraq məhkəmə Müəyyənetdi: X18 Azərbaycan Respublikasının Qida X1 X16 rəisinin MN ******* №li 11 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermişdir. X3 şikayətini belə əsaslandırmışdır ki,Azərbaycan Respubikasının Qida X1 X16 rəis müavini X9 11 iyul 2024-cü il tarixli MN № ******* saylı qərarına əsasən o, X18 fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibatı cərimə edilmişdir. Azərbaycan Respubikasının Qida X1 X16 rəis müavini X9 11 iyul 2024-cü il tarixli MN № ******* saylı qərarı tamamilə qanunsuzdur, əsassızdır və qərəzli xarakter daşıyır. Belə ki, Azərbaycan Respubikasının Qida X1 X16 rəisi X7 19 mart 2024-cü il tarixli MN № ******* saylı qərarına əsasən o, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə etmişdir. X14 Şəhər Məhkəməsinə şikayət etdi. Şikayətində göstərmişdir ki, Azərbaycan Respubikasının Qida X1 X16 rəis müavini inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədləri tam araşdırmamış, əhəmiyyət verməmiş, bu səbəbdən də qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuşdur. Onun əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamışdır. Əvvəla onun işlətdiyi mağazada yararlıq müddəti keçmiş məhsulların satışı ilə məşğul olmur. Əgər belə məhsul olursa, onu satışdan çıxarır. Digər tərəfdən Azərbaycan Respubikasının Qida X1 X16 əməkdaşları məhsulların yararlıq müddətinə nəzarət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Onun 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyi məktubdan da görünür ki, **********-27003 kodlu təsərrüfat subyektinin(obyektinin) fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki. X18 (VÖEN-**********) fəaliyyəti və əməliyyatların dayandırıldığı tarix xx.xx.2023-cü il. fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2028-ci ildir, l (bir) ildən artıqdır ki, vergi ödəyicisi kimi fəaliyyətdə deyil. Vəzifəli şəxs statusunda deyil. Qnu da qeyd edir ki, o, ruhi əsəb dispanserində qeydiyyatdadır ona nə isə imza etdirmələri xatırımda deyil. Şikayəti Mingəçevir Şəhər Məhkəməsində tam, hərtərəfli araşdırıldı. (X20 tərəfindən) Mingəçevir şəhər məhkəməsinin 3(051)-290/2024 saylı qərarına əsasən şikayətim qismən təmin edilmiş, Azərbaycan Respubikasının Qida X1 X16 rəisi X7 tərəfindən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair 19 mart 2024-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respubikasının Qida X1 X11ytarılması qərara alınmışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarından sonra o, Göyçayda Azərbaycan X2 Agentliyinin sədri Qoşqar Təhmazovun qəbuluna düşdü. Qoşqar Təhmazov ona bildirdi ki, ona məktub yaz sənin işin həll olunacaqdır. Onu Göyçayda Azərbaycan Respubikasının Qida X1 X16 rəisinə tapşırdı. Azərbaycan Respubikasının Qida X1 X16 rəisi X7 onu 20 gündən sonra öz yanına çağıraraq dedi ki, Qoşqar Təhmazov kimdir ki, cəriməni silə, 1500 manat cəriməni vaxtında ödəməyini, əgər ödəməsən sənin cərimən 3000 manat olacaqdır. Azərbaycan Respubikasının Qida X1 X24 heç bir araşdırma etmədən qərarın tarixini qərarı verən şəxs dəyişilərək oba göndərilmişdir. Bu özlüyündə müəyyən edir ki, Azərbaycan Respubikasının Qida X1 X24 məhkəmə qərarına hörmətsizlik və Qarabağ əlilinə qərəzli hərəkət edir. Onun 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyi məktubdan da görünür ki, **********-27003 kodlu təsərrüfat subyektinin(obyektinin) fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, X18 (VÖEN- **********) fəaliyyəti və əməliyyatların dayandırıldığı tarix xx.xx.2023-cü il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2028-ci ildir. Vergi ödəyicisi kimi fəaliyyətdə deyil. Vəzifəli şəxs statusunda deyildir. Onu da qeyd edir ki, o, ruhi əsəb dispanserində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunmaları nəzərdə tutulmuşdur. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən pııblik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqətr işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş X18 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 1 pçeni adam cərimə yazmazlar. Özü də 1500 manat məbləğində cərimədən söhbət gedir. O, əlil adamdır və 2 dəfə Nazir qəbulunda olmuşdur. O, Vətəndən ötrü canını qoymuşdur. Şikəst olmuşdur. O müharibədə bu ölkənin vətəndaşları üçün döyüşüb əlil olmuşdur. Bir pçeni üçün ona cərimə yazılmasını düzgün hesab etmir. Odur ki, məhkədən qərarın ləğv edilməsini və onun inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Qərarında şikayət verilmiş Qida X1 X16 nümayəndəsi X5 verdiyi izahatından görünür ki, qərarın ləğv olunub araşdırılması üçün yenindən göndərildikdə şikayətçinin yanında işə aidiyyəti olmayan bir şəxs də gəlmişdir. O həmin şəxsin iştirakına etiraz emişdir. İşə yenidən baxdılar və müvafq qərar çıxardılar. Agentlik qərarı qüvvədə saxlayıb. İXMnin 447.0.2-ci maddəsi ilə vəzifəli şəxs kimi 1500 manat dəyərində cərimə etmişlər. Belə ki, həmin maddənin sanksiyasında 1500 manatdan 2000 manatadək cərimə nəzərdə tutulmuşdur. Onlar isə hətta ona daha aşağı tənbehi etmişlər. Məhkəmədən şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 X24 “Yoxlamanın nəticələri üzrə” xx.xx.2024-cü il tarixli MARB-YPK-008 nömrəli Qərardan görünür ki, mağazada satışı həyata keçirilən qida məhsullarının istehsal və son tarixlərinə nəzarət gücləndirilməlidir. Nöqsanların aradan qaldırılması müddəti 30 gün müəyyən edilmişdir. 1 ədəd 500 qr-lıq “Makaroni” əmtəə nişanlı makaron məhsulları (ümumilikdə 31 ədəd qida məhsulu) açkar olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2 maddələrinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 X24 tərəfindən X12 19 mart 2024-cü il tarixli məktubdan görünür ki, yol verdiyi qanun pozuntusuna görə 19 mart 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar üzrə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 150.1-ci maddəsinə uyğun olaraq göstərilən cərimənin 30 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün “İnzibati təbehvermə haqqında” Qərarın surəti ona göndərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 004/2024 saylı, 03 may 2024-cü il tarixli qərardan görünür ki, şikayət təmin edilməmiş və X22 regional bölməsi tərəfindən qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2024-cü il tarixli MARB-YPK-008 nömrəli Qərar qüvvədə saxlanılmışdır. İşə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Qida X1 X16 vəzifəli şəxsi ərzaq mağazasında yararlılıq müddətinin keçməsi səbəbindən İXM-nin 447.0.2-ci maddəsində əsasən vəzifəli şəxs X18 1500 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş AZE MİS portalından çıxarışdan görünür ki, X8 ********** saylı VÖEN-i vardır. VÖEN-in verilmə tarixi xx.xx.2017-ci ildir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 X24 “Yoxlamanın nəticələri üzrə” xx.xx.2024-cü il tarixli MARB-YPK-008 nömrəli Qərardan görünür ki, mağazada satışı həyata keçirilən qida məhsullarının istehsal və son tarixlərinə nəzarət gücləndirilməlidir. Nöqsanların aradan qaldırılması müddəti 30 gün müəyyən edilmişdir. İnzibati Xəta əlamətləri aşkar edildiyi üçün İnzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilməsi və aşkar olunmuş pozuntular xx.xx.2024-cü il tarixinədək aradan qaldırılmalı və bu barədə Azərbaycan Respublikasının Qida X1 X21 məlumat verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X18 müdir işlədiyi ərzaq mağazasında istifadə müddəti keçmiş qida məhsulları aşkar olunmuşdur. Bu halı şikayətçi öz məhkəmə iclası zamanı verdiyi izahatında “peçniyə görə cərimə yazırlar?” bildirərək dolayı yolla etiraf etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şikayətçi VÖEN-nin olmamasını bildirsə də, AZE MİS portalından çıxarışdan görünür ki, X8 ********** saylı VÖEN-i vardır və o, buna görə də vəzifəli şəxs hesba edilir. Ona görə də X18 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, AQTA-nın Mərkəzi X16 vəzifəli şəxsinin MN ******* №li 11 iyul 2024-cü il tarixli qərarı ilə İXM-nin 447.0.2-ci maddəsinə əsasən 1500 manat cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən saxlama müddəti ötmüş məhsulların satılması inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər 1500 (bir min beş yüz) manatdan 2000 (iki min) manatadək məbləğində cərimə edilir. Məkəmə işə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X8 şikayəti təmin olunmasın. X8 barəsində AQTA-nın Mərkəzi X16 vəzifəli şəxsinin inzibati xəta haqqında MN1610919 №li 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar