Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-521/2025 07.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı şərti olaraq inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı şərti olaraq inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində şərti olaraq inzibati cərimə edilmişdir. X1 Əmək Müfəttişliyi Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı şərti olaraq inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati qərarı yalnız elektron sistemə əlavə edilməsi səbəbindən qərardan xəbəri olmuşdur. Belə ki, ona əvvəl şərti cəza tətbiq edilmiş və qərarın icra olunması üçün 1 ay müddət qoyulmuşdur. Dərhal reaksiya versə də, ondan asılı olmayan səbəblərdən qərarın icra olunması qeyri-mümkün olmuşdur. Belə ki, onun heç bir təqsiri yoxdur. O, Mingəçevir şəhər R.Muradov adına Texniki və Humanitar fənlər liseyinin direktorudur. Direktor olduğu məktəbdə işləyən əməkdaşlar öz ixtisas dərəcələrinin artırılması üçün məhkəməyə müraciət etmişlər və bununla əlaqədar bərpa olunduqları, yəni ixtisasları artırıldığı təqdirdə əmək haqqı kəsirinin ödənilməsini xahiş etmişlər. Sözügedən mülki iş hələ də məhkəmənin icraatındadır və araşdırılmaqda davam edir. Onun tərəfindən xx.xx.2025-ci il tarixdə əmr verilməklə sözügedən əməkdaşların ixtisas dərəcəsi artırılmış və ixtisas dərəcəsinin artımı ilə əlaqədar əmək haqqı artımı həmin tarixdən hesablanmalıdır. Bununla bağlı tərəfindən Mingəçevir şəhər Təhsil sektoruna rəsmi qaydada məktub ünvanlanmışdır. Bütün göstərilənlərə baxmayaraq öz sənədlərini və tələb olunan sübutlarını təqdim etmişdir. Lakin X4 Xidməti Mərkəzi Aran regional şöbəsi onun səlahiyyətində olmamasına baxmayaraq əmək haqqı kəsrinin ödənilməsini ondan tələb edir. Onun təqsiri sübut olunmamışdır. Şikayət verən şəxs X3 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmədə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işin hallarını, tərəfin izahatını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1. Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı şərti olaraq inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində şərti olaraq inzibati cərimə edilmişdir. X3 həmin qərardan xx.xx.2025-ci il tarixdə şikayət vermiş və bununla da, şikayət vermə müddətini ötürmüş və müddətin bərpası ilə bağlı olaraq vəsatət verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı şərti olaraq inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132,133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı şərti olaraq inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-521/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-521/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver