Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-522/2023 11.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 4926.8 manat borcun "xxxx" MMC-dən tutulub "xxxx" MMC-yə ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi ilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 25 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4858 manat əsas borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manatın və dövlət rüsumu kimi ödənilmiş 8.8 manat pulun "xxxx" MMC-dən tutulub "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Lakin "xxxx" MMC-yə dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırki vaxta olan borc 4926.8 manat təşkil edir və borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi ilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 25 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4858 manat əsas borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manatın və dövlət rüsumu kimi ödənilmiş 8.8 manat pulun "xxxx" MMC-dən tutulub "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. O, "xxxx" MMC-nin rəhbəridir. Hazırda hüquqi şəxsin vəsaiti olmadığına görə borcu ödənilməmişdir. Onun özünün də tələbin yönəldilə biləcək əmlakı və gəliri yoxdur. Hazırda bir evi var onu da satışa çıxarmışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işdə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə tələbkar tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə yaranmış 4926.8 manat borc "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 25 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4858 manat əsas borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manatın və dövlət rüsumu kimi ödənilmiş 8.8 manat pulun "xxxx" MMC-dən tutulub "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Beləliklə, borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsində cavabdeh kimi "xxxx" MMC göstərilmiş, 4926.8 manat pulun "xxxx" MMC-dən tutulub "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu X2 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsi hüquqi şəxsin məsuliyyətini nəzərdə tutur. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilmişdir ki, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinin mahiyyətindən də görünür ki, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir. Eyni zamanda Şəxs hüquqi şəxsə məxsus hər hansı əmlakı gizlətməsi, özgəninkiləşdirməsi və yaxud məsuliyyət yaradan hər hansı hərəkətlər etməsi iş materialları ilə müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-522/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-522/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver