Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-522/2024 20.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X5, Qərardan şikayət verən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin şəxsinin 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsinin şəxsinin 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsinin şəxsinin 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, X2 olmaqla vergi ödəyicisidir. X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından narazıdır. X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati qərarı ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə gəlmişdir. Bunu təsdiq edən poçt zərfini iş materiallarına əlavə edir. X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati qərarından narazıdır və qərar həmişəki kimi formal qaydada yazılmış və iş üzrə araşdırma aparılmadan qərar qəbul olunmuşdur. Sözügedən qərar qanuna müvafiq deyil və qərarda göstərilmiş məlumatlar yanlışdır. Belə ki, ümumiyyətlə, qərar yazılmamışdan əvvəl protokol tərtib edilməlidir və protokolla onlar razılaşmadıqda birmənalı olaraq müəyyən vaxt təyin olunmalıdır. Bundan sonra araşdırma aparılmaqla qərar çıxarılmalıdır. Lakin ondan heç bir izahat alınmamış, sözügedən məsələ ümumiyyətlə araşdırılmamış və o cərimələnmişdir. Bundan əlavə işin mahiyyətindən danışanda qeyd etməlidir ki, o, "xxxx" MMC-nin direktorudur. Ona yazılmış sözügedən protokoldan narazı olmağının səbəbi sözügedən hadisələrdə təqsirinin olmaması və onun əməlində inzibati xəta tərkibinin olmamasıdır. Sözügedən qərarda göstərilmişdir ki, guya o, 4 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan işlər gördürmüşdür. Bu səbəbdəndə onun barəsində yazılmış protokol rəhbərlik etdiyi hüquqi şəxs barəsində isə protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Protokolda adı qeyd edilmiş şəxslər onun direktor olduğu "xxxx" MMCnin işçisi olmuş və onlarla əmək müqaviləsi bağlanmışdır. Bununla bağlı sənədlərini və portaldan çıxarışı təqdim edir. Qaydalarla belədir ki, onların çoxsaylı işçiləri olur və həmin işçiləri işə götürürlər. Həmin şəxslər işlədiyi zamanda heç bir problem olmamış və onlar onların əmək haqqını tam olaraq ödəmişlər. Onlar işçiləri işdən çıxarsalar da, heç vaxt işğaldan azad olunmuş ərazilərə getməmişlər. Bundan əlavə onların həmin şəxsləri nə portala salmaq, nə də portaldan çıxarmaq hüquqları yoxdur. Bu şəxslər xx.xx.2024-cü ildə işdən çıxarılmışdır. Bu şəxslərə görə əsassız olaraq protokol yazılmışdır. Bununla bağlı sənədləri təqdim etmişlər. Sözügedən maddənin dispozisiyasında yazılmışdır ki, onlar işçini əmək müqaviləsi olmadan işlətmələri lazımdır ki, cərimələnsinlər. Lakin xx.xx.2024-cü ildən sözügedən işçilərin əmək müqaviləsi olmuş və elektron sistemə əlavə edilməklə əmək haqqı və digər ödənişlər edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsinin "xxxx" MMC-nin direktoru kimi onun barəsində qəbul etdiyi 02 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmmasını və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X9 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə X10, X17, X4 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etmiş, Azəbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi olan direktoru X13 barəsində qəbul edilmiş qərar əsaslıdır və dəyişməməlidir. Ona görə də X13 barəsində qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş edir. Qərardan şikayət verən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Bu işçilər onların işçiləridir. Bu işçiləri onlar işlətmişlər. Qarabağda portalda olmuşlar. Protokolda adı qeyd edilmiş şəxslər "xxxx" MMC-nin işçisi olmuş və onlarla əmək müqaviləsi bağlanmışdır. Bununla bağlı sənədlərini və portaldan çıxarışı təqdim edir. Qaydalarla belədir ki, onların çoxsaylı işçiləri olur və həmin işçiləri işə götürürlər. Həmin şəxslər işlədiyi zamanda heç bir problem olmamış və onlar onların əmək haqqını tam olaraq ödəmişlər. Onlar işçiləri işdən çıxarsalar da, heç vaxt işğaldan azad olunmuş ərazilərə getməmişlər. Bundan əlavə onların həmin şəxsləri nə portala salmaq, nə də portaldan çıxarmaq hüquqları yoxdur. Bu şəxslər xx.xx.2024-cü ildə işdən çıxarılmışdır. Bu şəxslərə görə əsassız olaraq protokol yazılmışdır. Bununla bağlı sənədləri təqdim etmişlər. Sözügedən maddənin dispozisiyasında yazılmışdır ki, onlar işçini əmək müqaviləsi olmadan işlətmələri lazımdır ki, cərimələnsinlər. Lakin xx.xx.2024cü ildən sözügedən işçilərin əmək müqaviləsi olmuş və elektron sistemə əlavə edilməklə əmək haqqı və digər ödənişlər edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsinin 02 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmmasını və X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə barəsində şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Orada işə qəbul olunmuşdur. Lakin Qarabağ zonasına getməmişdir. Onun portalı açıq olmuş, lakin işi alınmadığından Qarabağ zonasına getməmişdir. Evdə öz fərdi işi ilə məşğul olmuş, lakin Qarabağa getməmişdir. Bu şirkətdə heç vaxt Qarabağa getməmişdir. Lakin başqa bir şirkətdə təxminən 6-7 ay Şuşada işləmişdir. İyul ayından sonra Qarabağa getməmişdir. Hazırda Biləsuvarda işləyir. Ona təklif gəlib ki, iş var. O da əmək müqaviləsi bağlamışdır. Lakin, ümumiyyətlə, işləməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, İşə əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC-nin X17, X10, X4 və X6 adlı şəxslər ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü ildir. İşə əlavə olunmuş ərizələrdən görünür ki, X10, X4 və X6 adlı şəxslər fəhlə vəzifəsinə və X17 isə çilingər vəzifəsinə qəbul olunmaq üçün "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə ərizə vermişlər. İşə əlavə olunmuş əmək müqavilələrindən görünür ki, "xxxx" MMC ilə X10, X4 və X6 adlı şəxslər arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və İşçilər xx.xx.2024-cü il tarixindən işə başlayır. İşə əlavə olunmuş ərizələrdən görünür ki, X10 və X4 adlı şəxslər fəhlə vəzifəsindən və X17 isə çilingər vəzifəsindən "xxxx" MMC –yə xx.xx.2024-cü il tarixdə azad edilmələri üçün ərizə vermişlər. İşə əlavə olunmuş "xxxx" QSC tərəfindən 01 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, “28” iyul 2023-cü il tarixli AZC-SPM-022/23 saylı Subpodrat Müqaviləsinə əsasən Kəlbəcər Rayonunda “Zar” X22 Stansiyasının tikintisi layihəsi üzrə derivasiya borularının qaynaq üsulu ilə quraşdırılması işlərinin görülməsi üçün müqaviləsi əsasında onlarla əməkdaşlıq etdikləri və ümumilikdə onlarla Podrat müqaviləsi bağlanmış bütün hüquqi və fiziki şəxslərin eyni zamanda onların əmək müqaviləsi ilə təsdiqlənmiş işçi heyyətinin və onlara xidmət göstərən şəxslərin Qarabağ Bölgəsinə icazələrinin alınması, yenilənməsi, ləğv edilməsi Podratçılar tərəfindən onlara "xxxx" QSC-nə e-mail vasitəsi ilə xüsusi excell formatda təqdim olunaraq və öz növbəsində onlar tərəfdən bu təqdim olunmuş siyahılara baxış keçirilərək "xxxx" ASC-nin aidiyyatı şöbəsinə göndərilir. Ümumilikdə "xxxx" MMC layihə başlandığı tarixdən bugünədək işçilərin icazəsi ilə bağlı heç bir əməliyyatı bir başa etmək hüququna malik olmamışdır. Mexaniki olaraq işçilərin icazəsi səhvən yenilənmişdir. Araşdırıldı və aydın oldu ki, sözü gedən dörd nəfər şəxsin onlara göndərdikləri 30 iyun 2024-cü il tarixli cədvəldə, siyahıda adı gedən X17, X10, X4 və X6 şəxslərin işdən çıxarılmış kimi qeyd olunub, onlar tərəfdən də "xxxx" ASC-yə təqdim olunmasına baxmayaraq mexaniki səhv nəticəsində həmin dövrdə sistem tərəfindən bəzi adı keçən işçilərin avtomatik olaraq icazə portallarında icazəsinin müddəti uzadılmışdır. Bu kimi hallar eyni zamanda onların şirkəttən əlavə olaraq onlarla və onlardan əlavə podratçıların çoxunda baş vermişdir. Bu nöqteyi-nəzərdən icazə gov az saytının yenilənməsi ilə bağlı bir çox mexaniki və texniki səhvlər sistemdə müşahidə olunur. Bununla bağlı qeyd edirlər ki, bu hal ümumilikdə sistem tərəfindən mexaniki olaraq yeniləndiyi üçün onlarında heç bir məsuliyyəti yoxdur. İşə əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 07/24 №li Əmrdən görünür ki, X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşə əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 07/24 №li Əmrlərdən görünür ki, X17, X10 və X4 adlı şəxslər ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, X13 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmur. Belə ki, qərarda göstərilənlərin əksinə olaraq müəyyən edilmişdir ki, həmin şəxslərlə əmək müqaviləsi bağlanmış və elektron sistemə yerləşdirilmişdir. Bundan sonra isə protokolda göstərilən xx.xx.2024-cü il tarixindən öncə xx.xx.2024-cü il tarixdə X7 və xx.xx.2024-cü il tarixdə X17, X10 və X4 adlı şəxslər ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid ifadəsindən isə aydın oldu ki, onlar, ümumiyyətlə, iş alınmamış və onlar işğaldan azad olunmuş ərazilərdə çalışmağa gedə bilməmişlər. "xxxx" QSC tərəfindən yazılan cavab məktubundan isə məlum olur ki, ümumilikdə "xxxx" MMC layihə başlandığı tarixdən bugünədək işçilərin icazəsi ilə bağlı heç bir əməliyyatı bir başa etmək hüququna malik olmamışdır. Mexaniki olaraq işçilərin icazəsi səhvən yenilənmişdir. Araşdırıldı və aydın oldu ki, sözü gedən dörd nəfər şəxsin onlara göndərdikləri 30 iyun 2024-cü il tarixli cədvəldə, siyahıda adı gedən X17, X10, X4 və X6 şəxslərin işdən çıxarılmış kimi qeyd olunub, onlar tərəfdən də "xxxx" ASC-yə təqdim olunmasına baxmayaraq mexaniki səhv nəticəsində həmin dövrdə sistem tərəfindən bəzi adı keçən işçilərin avtomatik olaraq icazə portallarında icazəsinin müddəti uzadılmışdır. Bütün bunlardan isə aydın olur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı baş verməmişdir. Sadəcə olaraq sistemdə olan mexaniki səhvlik səbəbindən həmin işçilərin icazəsi səhvən yenilənmişdir. Məhkəmə hesab edir ki, bu hal işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Beləliklə məhkəmə tətdiq olunmuş sübutlardan belə nəticəyə gəlir ki, X8 əməlində qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl aşkar ediməmişdir. Məhkəmə verilmiş şikayət iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin şəxsinin 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsasları ilə xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin şəxsinin 02 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-522/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-522/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver