Məhkəmə qərarları › İş №3(051)-522/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-522/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-522/2025 21.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrindən onun idarə etdiyi Mersedes Benz E200 markalı **-BA-*** dövlət qeytiyatı nişanlı avtomobil ilə Bakı şəhəri Heydər Əliyev prospekti ilə Heydər Əliyev adına Hava Limanı istiqamətindən Atletlər kəndi istiqamətində hərəkət edib, prospektin Koroğlu metro stansiyası, Alov parkının qurtaracağında olan parking ərazisindən sağa dönüb X9 küçəsi istiqamətində hərəkət etmişdir. X9 küçəsinə çatmağına 100 metr qalmış Yol Patrul xidmətinin ərazidə xidmət aparan əməkdaşı avtomobilini saxladıb kəsişmədən təxminən 200 metr qarşıda sağda bir 3.1 giriş qadağandır nişanının mövcudluğunu, bu yola həmin nişanın tələbini pozaraq daxil olduğunu və inzibati xəta tərətdiyini bildirmişdir. O, inzibati xətanın mövcudluğu ilə razılaşmayaraq, həmin yolda hərəkətin düzgün təşkil edilmədiyini, 3.1 giriş qadağandır nişanı kəsişmədən kənardan quraşdırıldıqda kəsişmədə 3.1 nişanının 7.1.1 lövhəciyi ilə quraşdırılaraq xəbərdarlıq olunmalı olduğunu və yolun hərəkət hissəsi müvafiq 8.1 yol nişanı ilə işarələnməli olduğunu bildirərək İXM-nin 124.3 maddəsində göstərildiyi qaydada protokol tərtib edilməsini xahiş etmişdir. İnspektor barəsində İXP ******* saylı protokolu tərtib etmişdir. İXP ******* saylı protokolun qanunsuz barəsində tərtib olunması, Bakı şəhəri Heydər Əliyev prospektindən X9 küçəsi istiqamətində olan yolda hərəkətin AZS 23457-86 satandartlarına uyğunsuz təşkil edilməsi haqqında dəfələrlə tərəfindən Az.Res.DİN-nin Bakı şəhəri BDYPİ-nə şikayət göndərildi, şikayətlərindən sonra həmin küçədə hərəkət müvafiq standarta uyğun şəkildə yenidən təşkil edildi, nişanlar q o y u l d u , yolun hərəkət hissəsində müvafiq qaydada nişanlanma çəkildi. Lakin İXP7107887 saylı protokol ləğv edilmədi və onun əsasında qanunsuz TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri DYPİ- nin mayoru X5 tərəfindən çıxarıldı. İXP ******* saylı protokol və onun əsasında çıxarılmış TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. O heç bir qayda pozmamış və inzibati xəta törətməmişdir. May və iyun aylarında dəfələrlə şikayət etməsinə baxmayaraq, yalnız xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin M- 104553 saylı məktub ona çatdırılmış və şikayətinin təmin olunmasından imtina edilmişdir. Mingəçevir şəhəri sakini olduğundan inzibati şikayətinə Mingəçevir şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İşdə olan: xx.xx.2025-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər DYPİ tərəfindən X2 müraciətinə verilmiş xx.xx.2025-ci il tarixli M-104553 saylı cavab məktubundan görünür ki, törətdiyi inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi hallarının müəyyən edilməməsi, narazı qaldığı halda, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 3461.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Məhkəmə işdə olan sənədləri nəzərdən keçirmiş, fotoşəkillərə baxış keçirərək hesab edir ki, X3 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq 3.1 “Giriş qadağandır” yol nişanının təsir zonasına daxil olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməməli, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132,133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar