Məhkəmə qərarları › İş №3(051)-523/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-523/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-523/2022 19.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Mingəçevir şəhər PŞ tərəfindən tərtib edilmiş MN ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə tibbi müayinəsi zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Ona görə də barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhərində yaşayır. Narkotik vasitə aludəçisi deyil, satışı ilə məşğul olmur. Ailəsini saxlamaq üçün özünə məxsus avtomaşınla mağazalara çörək paylayıb pul qazanır. İş vaxtından sonra da ayıq sürücü kimi fəaliyyət göstərir. Təxminən bir neçə gün bundan əvvəl o, ayıq sürücü kimi dəvət olunmuşdu. Tanımadığı sərnişin içərisində marixuana olan siqaret bükümünü ona vermiş, o da həmin bükümdən istifadə etmişdir. Sinif yoldaşının mənzilindən oğurluq olmuşdur. Həmin sinif yoldaşı ilə yaxın münasibətdə olduğuna, onunla tez-tez telefonla əlaqə saxladığına, oğurluğun kim tərəfindən törədilməsi araşdırılan zaman sinif yoldaşının telefonunda onun da telefonunun nömrəsi olduğuna görə polis şöbəsinə dəvət olunmuş, ancaq onun həmin oğurluqla əlaqəsi olmadığı müəyyən edilmişdir. Polis şöbəsində ondan narkotik vasitədən istifadə edib-etməməsi soruşulduqda o, bir dəfə marixuanadan istifadə etdiyini bildirdi. xx.xx.2022-ci il tarixdə aparılan tibbi müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar olundu. Əməlindən peşimandır. Şəxs təqsirli olması özünün etirafı və iş üzrə toplanmış sənədlərlə sübut olunmuşdur. İnzibati materiala əlavə olunmuş xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolunda görünür ki, Şəxs müayinə zamanı narkotik vasitə qəbul etməsi aşkar olunmuşdur. İnzibati materiala əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin 1209 №li xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Günay, xx.xx.2020-ci il təvəllüdlü Damla adlı iki nəfər uşaqları vardır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta törədən Şəxs əməlindən peşiman olması, himayəsində iki nəfər azyaşlı uşaqlarının olması məsuliyyəti yüngülləşdirən hallardır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar