Məhkəmə qərarları › İş №3(051)-524/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-524/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-524/2025 01.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis leytenantı X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Niyazi küçəsi ev 2A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsində axşam radələrində qonşusu X1 ictimai yerdə təhqir etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclası zamanı izahat verərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Nizami küçəsində axşam radələrində qonşusu X2 ictimai yerdə təhqir etmişdir. Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, etdiyi əməli səmimi etiraf edir, lakin bununla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cərimə edilmişdir. Odur ki, işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Nizami küçəsində axşam radələrində onu aralarında yaranmış mübahisə zamanı təhqir etmişdir. Şəxs həmin hadisə ilə bağlı polis idarəsi tərəfindən cərimə edilmişdir. O, bununla razılaşmamışdır. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mingəçevir Şəhər Polis Şöbəsində izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində o, 17.07. 2025-ci il tarixdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi əsasında 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) Məhkəmənin mövqeyi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati protokolda qeyd edilən xəta üzrə bir dəfə Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda məhkəmə tərəfindən müəyyən edilmiş hala görə işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Şəxs barəsində eyni inzibati xətaya görə Mingəçevir Şəhər Polis Şöbəsinin qərarı olduğundan onun barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında qərar olduğundan xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar