Məhkəmə qərarları › İş №3(051)-525/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-525/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-525/2023 21.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Tələbkar: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1964-cü il tarixdə Masallı rayonu Zuvandlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, MİNGƏÇEVİR MAŞİN TƏMİR" ASC-nin sədri, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 43, mənzil 29 yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə hər ay 180,27 manat aylıq ödənc müəyyən edilmiş, Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 manat Mingəçevir Maşın Təmir ATSC-dən iddiaçı X2 ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 Mingəçevir Maşın Təmir ATSC-dən işləryəkən aldığı istehsalat xəsarətinə görə hər ay 180,27 manat aylıq ödənc müəyyən edilmiş, Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 manat Mingəçevir Maşın Təmir ATSC-dən iddiaçı X2 ödənilməsi qərara alınmışdır. Lakin borculuya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyərək tələbkara ödənilməli olan borcun əvəzi kimi üzərinə həbs qoyularaq tələbkara verilməsi nəzərdə tutulan ATSCə məxsus əmlakları tələbkara verməkdən imtina edir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək məhkəmənin qətnaməsini icra etməsi tələb olunmuş, lakin hazırki vaxtadək o, icra sənədini icra etməmişdir. Onun bu davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə hər ay 180,27 manat aylıq ödənc müəyyən edilmiş, Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 manat Mingəçevir Maşın Təmir ATSC-dən iddiaçı X2 ödənilməsi qərara alınmışdır. Lakin hesab edir ki, hazır ki vəziyyətdə qeyd olunan əmlakları o, tələbkara verə bilməz. Bunun üçün səhmdarların icazəsi tələb olunur. Həmçinin hesab edir ki, qeyd olunan əmlakların qiymətləndirilməsi də az nəzərdə tutulub. Bundan əlavə qiymətləndirmə məhsullara baxış keçirilmədən qoyulmuşdur. O, bir daha qeyd edir ki, hazırda icra sənədini icra etmək fikrində deyil. Bunun üçün ilk növbədə səhmdarların iclası çağırılmalı və onların da bir səhmdar kimi icazələri tələb edilir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ona Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə hər ay 180,27 manat aylıq ödənc müəyyən edilmiş, Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 manat Mingəçevir Maşın Təmir ATSC-dən mənə ödənilməsi qət edilsə də, borclu tərəfindən icra edilmir. Belə ki, borclu ona qətnamə əsasında ödənilməli olan borcun əvəzi kimi üzərinə həbs qoyularaq ona verilməsi nəzərdə tutulan ATSC-ə məxsus əmlakları ona verməkdən imtina edir. Hesab edir ki, borclu qəsdən icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də onun əməlində inzibati xəta tərkibi vardır. Odur ki, məhkəmədən borclunun barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə hər ay 180,27 manat aylıq ödənc müəyyən edilmiş, Mingəçevir Maşın Təmir ATSC-dən işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 manat Mingəçevir Maşın Təmir ATSC-dən iddiaçı X2 ödənilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan xx.xx.2021-cü il tarixli 2(107)-2039/2021 saylı icra sənədi üzrə tələbi dərhal icra etməyi tələb edilmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 8(051)-167/2022 xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Mingəçevir Maşın Təmir ATSC-ə məxsus 2 ədəd dəmir alətin, 2 ədəd Frez dəzgahın, 1 ədəd 16.5 ton çəkidə olan körpülü kranın, 2 ədəd Telferin, 5 ədəd 0,5 tonluq kranın və 2 ədəd tokarnı stanokun üzərinə həbs qoyulması barədə təqdimat təmin edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Şəxs MİNGƏÇEVİR MAŞİN TƏMİR" ASC-nin sədri vəzifəsində işləyir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun və tələbkarın izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər MİNGƏÇEVİR MAŞİN TƏMİR" ASC-nin sədri Şəxs xx.xx.2021-cü il tarixli 2(107)-2039/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında vəzifəli şəxsə münasibətdə nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, vəzifəli şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar