Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-526/2023 19.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X11, X1, borclu Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-793/2020 saylı, 2(051)-65/2022 saylı, 2(051)-300/2017 saylı icra vərəqələrinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X15 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(051)-300/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 25 aprel 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat aliment hər ay tutulub X10 verilməsi qət edilmişdir. Bundan başqa Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)- 65/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10.682 (on min altı yüz səksən iki) manat və 30 manat məbləğində pul alınıb iddiaçılar X8, X8, X12 və X13 verilməsi qət edilmişdir. Bundan başqa Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)- 793/2020 saylı icra vərəqəsinə əsasən Şəxs və X5 1. 2250 manat dəyərində, 25 qram çəkidə 750 əyyarlı, brilyant qaşlı kolye; 2. 1350 manat dəyərində, 15 qram çəkidə 750 əyyarlı, briliant qaşlı kolye; 3. 840 manat dəyərində, 12 qram çəkidə 583 əyyarlı, yolka formalı qızıl qolbağ; 4. 770 manat dəyərində, 11 qram çəkidə 583 əyyarlı, lenta formalı qolbağ; 5. 1260 manat dəyərində, 18 qram çəkidə 583 əyyarlı, ərəb istehsalı qızıl sep; 6. 300 manat dəyərində, 5 qram çəkidə 583 əyyarlı, Rusiya istehsalı beşlik üzük; 7. 350 manat dəyərində, 5 qram çəkidə 583 əyyarlı, paxlava formalı sirkon qaşlı üzük; 8. 400 manat dəyərində, 4 qram çəkidə 585 əyyarlı, briliant qaşlı qızıl üzük; 9. 1080 manat dəyərində, 12 qram çəkidə 750 əyyarlı, briliant qaşlı nişan üzüyü və 420 manat dəyərində, 6 qram çəkidə 583 əyyarlı, briliant qaşlı üzük alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, O, borcunu ödəməkdən yayınmır. X4 6000 manat pul ödəmişdir. Qalan borcunu isə qaytaracağına dair söz verir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs ona 6000 manat pul ödəmişdir. Ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbakarın və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmadı. Belə ki, iş materialları, tərəflərin izahatı və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmır. Belə ki, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, borclu borcundan 6000 manat ödəniş etmişdir. Göründüyü kimi borclunun icra sənədinin qəsdən icra etməməsinə dair və borcun ödənilməməsində qərəzliyin olması müəyyən olunmamışdır. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. İcra məmuru tərəfindən təqdim olunmuş sənədlərdən, borclunun izahatında da görünür ki, Şəxs borcunu qərəzli icra etməməsi barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Ona görə iş üzrə əməldə tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-526/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-526/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver