Məhkəmə qərarları › İş №3(051)-526/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-526/2025

02.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-526/2025 02.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs: Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs Zərərçəkmiş şəxs 100 manat üzəri etibarsız sözü silinmiş saxta pul vermiş, ona 100 manat maddi ziyan vurmuş və barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs xatırlamır. Qeyd olunan məsələ ilə əlaqəsinin olmağını düşünmür. Bununla belə, dəymiş ziyanı tamamilə ödəmiş, Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona 100 manat üzəri etibarsız sözü silinmiş saxta pul vermişdir. Ona 100 manat maddi ziyan vurmuşdur. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra dəymiş 100 manat məbləğində ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Hazırda onun zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan Şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş zərəri tam şəkildə ödəmiş, onunla barışmış hazırda işin icraatına xitam verilməsinə etiraz etmir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan 31 iyul 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə şəxsiyyəti təhqiqata məlum olmayan şəxsin X1 məxsus 150 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi ilə şəxsiyyəti təhqiqata məlum olmayan şəxsin hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işi başlanması rədd edilmiş, lakin şəxsiyyəti təhqiqata məlum olmayan şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İXMin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə həmin şəxsin barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə verilməsi qərara alınmışdır. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, dolayısı ilə Zərərçəkmiş şəxs şikayət və tələbinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 114 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar