Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-527/2025 04.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə borclu Məmmədov X1 Şəhər Məhkəməsinin 2(051)-69/2024 saylı xx.xx.2024-cü il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1289/2024 saylı xx.xx.2024-cü il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-200/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə qeyd olunan borc məbləğinin ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək icra sənədləri üzrə qeyd olunan borc məbləğindən tam olaraq Zərərçəkmiş şəxs ödəniş etmişdir. İşə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs ərizə verərək, borclu Şəxs icra sənədləri üzrə yaranmış borcunu tam şəkildə ona ödədiyini və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sübutlar: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-69/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X2 verilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdarlıq məktubu göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1289/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs ər-arvad arasında olan əmlaklarla bağlı əşyaların dəyəri və 178,75 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Allahverdiyeva (Məmmədova) Səidə Ramiz qızına verilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-200/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs birgə borclu kimi Zərərçəkmiş şəxs adına götürülmüş kredit borcundan ½ hissədən 5675,86 manat pulun, 50 manat mediasiya xərcinin və 50 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə borclu Məmmədov X1 Şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilərək onun izahatı alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə, 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. 528.1-ci maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmənin mövqeyi: Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, işdə olan sənədlər və digər iş materiallarına əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, qeyd olunan borc üzrə ödəniş edilmiş, tərəflər arasında razılıq əldə olunmuş və zərərçəkmiş şəxs bu barədə ərizə vermiş, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş sənədlərə görə işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına müvafiq icra sənədləri icra edildiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-527/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-527/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver