Məhkəmə qərarları › İş №3(051)-528/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-528/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-528/2022 24.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs və onun Vəkili Vəkil, xx.xx.1982–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxsnın Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı tərtib etdiyi protokola uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. Əvvəllər aralarında normal münasibət olmuş, sonradan Zərərçəkmiş şəxs onun azyaşlı oğlu Emin Abbasova şər ataraq, guya həyətindən işlənmiş dəmir boruları oğurlaması yalanını söyləmişdir. Bununla bağlı araşdırma aparılmış və yalan olduğu məlum olsa da, zərərçəkmiş tərəfindən daima onun və oğlu Emin haqqında “oğru ata və oğru bala” ifadələri işlədilmişdir. Bundan sonra Şəxs oğlu ilə otlağa gedərkən yolda Zərərçəkmiş şəxs yanından keçdiyi zaman sonuncu ona nalayiq ifadələr işlətmiş və söymüşdür. Bu zaman Şəxs qayıdaraq nə üçün ona həqiqətə uyğun olmayan sözlər və nalayiq ifadələr işlətdiyi soruşmuşdur. Zərərçəkmişin isə yenə də bu ifadəni işlətməyə davam etmişdir. Bundan sonra aralarında mübahisə başlamış və əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs gicgah nahiyyəsinə, kürəyinin sol qoltuqaltı və sağ qol nahiyyələrinə zərbələr endirmişdir. Həmin vaxt orda olan digər həmkəndlisi Vaqif Məhərrəmov və oğlu Emin Abbasov araya girmiş və onları ayırmışlar. Lakin o, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmaq istəmişdir. Zərərçəkmiş şəxs isə razı deyil. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 müdafiəçisi olduğu şəxs barəsində inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qonşusu olmuşdur. Əvvəllər aralarında normal münasibət olmuş, sonradan Şəxs azyaşlı oğlu Emin Abbasov həyətindən işlənmiş dəmir boruları oğurlamışdır. Bununla bağlı ərizə ilə Mingəçevir ŞPŞ-ə məlumat vermişdir. Elə bundan sonra Şəxs ilə aralarında olan münasibət pisləşmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs həmkəndlisi Vaqif Məhərrəmovla söhbət edərkən ona məxsus dəmir borularını yaşadığı evin həyətindən oğurlamasını söyləmişdir. Bundan sonra Şəxs ona yaxınlaşmış və aralarında mübahisə yaranmış, Şəxs əlindəki ağac parçası ilə A.Mürvətin gicgah nahiyyəsinə, kürəyinin sol qoltuqaltı və sağ qol nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt orda olan digər həmkəndlisi Vaqif Məhərrəmov və Emin Abbasov araya girmiş və onları ayırmışlar. Sonradan o, DİN-nin 102 zəng mərkəzinə zəng edərək şikayət etmişdir. Hazırda Şəxs ilə barışmaq fikri yoxdur. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs vəkili Vəkil məhkəmə iclası zamanı zərərçəkmişin ifadəsinin müfadiə etdi və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə qanunauyğun cəza verilməsini xahiş etdi. İşdə olan xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 24 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və PA Birliyinin xx.xx.2022-ci il tarixli, 449 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: kürək nahiyyəsində qoltuqaltınahiyyədə və sağ said nahiyyəsində qançırlar, sol gicgah nahiyyəsində hematoma bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilimə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa zərər vurma dərəcəsi təyin olunmur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs az əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs gicgah nahiyyəsinə, kürəyinin sol qoltuqaltı və sağ qol nahiyələrinə zərbələr endirərək qəsdən döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən.imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar