Məhkəmə qərarları › İş №3(051)-529/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-529/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-529/2023 22.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Mingəçevir şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan "xxxx" ASC-nin barəsində Mingəçevir şəhəri Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhəri Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş protokola əsasən, "xxxx" ASC-nin mülkiyyətində və dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin rəhbəri X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, "xxxx" ASC-yə X3 rəhmətə gedəndən sonra, 2004-ci ildən o rəhbərlik edir. Universiteti magistr dərəcəsini qırmızı diplomla bitirmiş, sürücü vəsiqəsini öz biliyi ilə, imtahanı verməklə 2005-ci ildə dövlət rüsümu ödəyərək almışdır. 2004-cü ildən atası rəhmətə gedəndən sonra tək özü xəstə anasına və qardaşına baxmışdır. 2000-ci illərin əvvəlindən müəssisəsində məcburi köçkünlər və məcburi köçkünlərin məktəbi fəaliyyət göstərir. Müəssisənin nəqliyyat vasitələri o səbəbdən sürücülərə verilib, onlar müəssisənin saxlanılmasına və qorunmasına cavabdehdilər. Sürücü müəssisəyə Kamaz nəqliyyat vasitəsinə görə ayına 50 manat pul ödəyir. O, məhkəmə 6 iyul, 12 iyul tarixində olan zaman şəhər Polis şöbəsinə xx.xx.2023-cü il tarixli № 2-1578/2023 məktuba qısa müddətdə 14 iyun 2023-cü il tarixində cavab vermişdir. Mingəçevir şəhəri Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhər 5№li Avtonəqliyyat müəssisəsi mülkiyyətində olan, KAMAZ 55111 markalı 45AC027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İşdə olan Mingəçevir şəhər Polis Şöbəsinin DYPB-nin arayışından görünür ki, AR DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, KAMAZ 55111 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhər 5№li Avtonəqliyyat müəssisəsinin mülkiyyətindədir. İşdə olan Mİngəçevir Şəhər Polis Şöbəsi tərəfindən Mingəçevir şəhər 5№li Avtonəqliyyat müəssisəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-15783/2023 saylı məktubdan görünür ki, Mingəçevir şəhər 5№li Avtonəqliyyat müəssisəsinin mülkiyyətində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın qısa müddətdə Mingəçevir ŞPŞ-in DYPB-nə təqdim edilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb ediləcəyi bildirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülkiyyətində olan nəqliyyat vasitələrini, inzibati xətanın törədilməsi zamanı, idarə etmiş fiziki şəxslər haqqında məlumatın qısa müddətdə Mingəçevir ŞPŞ-nin DYPBnə təqdim edilməsi üçün "xxxx" ASC-nə məktub göndərilmişdir. Eyni zamanda "xxxx" ASC-nin həmin məktubun alınması tarixi xəbərnamədə qeyd edilmiş xx.xx.2023-cü il tarixinə uyğun gəlsə də ümumilikdə həmin məktubun konkret olaraq hansı tarixdə çatdırılmasını müəyyənləşdirmək mümkün deyildir. Əksinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Mingəçevir Avtonəqliyyat-5” ASC-nin həmin məktubu almamışdır, belə ki, xəbərnaməyə imza müəssisə tərəfindən,deyil müəyyən olunmamış şəxs tərəfindən imza edlmişdir. Həmçinin məhkəmədlə müəyyən edildi ki, Mingəçevir Avtonəqliyyat-5” ASC-i məktubu aldığı vaxztdan qanunvericilklə müəyyən edlmiş müddətdə, yəni 5 gün müddətində Mingəçevir şəhər Avtonəqliyyat 5» ASC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana göndərmişdir. Həmin faktlar məhkəmədə tətqiq olunmuş sübutlarla və "xxxx" ASC-nin nümayəndəsi X1 təqdim etdiyi sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sənədlərə əsasən müəyyən edildi ki, Müəssisənin sürücüləri nəqliyyat vasitələri saxlanılmasına və qorunmasına cavabdehdilər. Nəqliyyat vasitələrini, inzibati xətanın törədilməsi zamanı, idarə etmiş fiziki şəxslər haqqında məlumatın qısa müddətdə Mingəçevir ŞPŞ-nin DYPB-nə təqdim edilməsi üçün "xxxx" ASC-nə məktub göndərilmiş, xx.xx.2023-cü il tarixli № 2-1578/2023 məktuba qısa müddətdə 14 iyun 2023-cü il tarixində cavab verilmişdir. AR İXM-nin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Mingəçevir şəhər 5№li Avtonəqliyyat müəssisəsinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Mingəçevir şəhər 5№li Avtonəqliyyat müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar